Azərbaycan pravoslav kilsələrin tarixi

Müqəddəs Mürr-daşıyan Zənənlər qəbirstanlıq kilsəsi

Müqəddəs Mürr-daşıyan Zənənlər qəbirstanlıq kilsəsi

1890-1930-cu illər

1880-ci illərdə Bakıda artıq 1880-ci illərdə iki pravoslav qəbiristanlığı var idi: 1883-cü ildə şəhər dumasının sərəncamı ilə bağlanmış Çəmbərəkənddə yamacda yerləşən köhnə qəbristanlıq və Çəmbərəkənddən yuxarı Pir Vənzəri dağı meydanında yerləşən təzə qəbristanlıq, amma qəbiristanlıq kilsəsi yox idi. 1888-ci ildə baş keşiş Yunitski ölülər üçün dəfn mərasiminin (günorta ibadəti) keçirilə biləcəyi pravoslav qəbiristanlığında Tanrı məbədi tikmək ideyası ilə Gürcüstan Ekzarxına müraciət etdi. Bu təqdimata Gürcüstan Ekzarxı zati - aliləri Arxiyepiskop Palladidən aşağıdakı cavab gəldi: “23 dekabr 1888-ci il,[1]. Möhtərəm  Yunitski mülahizələri ilə razıyam”.

Gürcüstan Ekzarxının razılığını aldıqdan sonra protoierey Yunitski 22 fevral 1889-cu ildə yeni pravoslav qəbiristanlığında kilsənin tikintisi üçün 600 kv. sajen (təxminən 2730 kv. m.) üçün yer ayrılması barədə ərizə verdi.

1889-cu ilin sentyabrında Yunitski pravoslav Bakı sakinlərinə müraciət edərək qəbiristanlıq kilsəsinin tikintisi ilə bağlı xeyirxah işdə hərənin öz imkanına görə ianə ilə köməklik göstərməyə çağırdı.

22 oktyabr 1889-cu ildə, bazar günü, Kazan Tanrı Anası günü, günorta saat 1-də Bakı Nikolay Kafedralının keşişi Yunitski böyük bir izdihamla qəbiristanlıqda pravoslav kilsəsinin təməl daşını qoydu. Bu kilsəyə ehtiyac çoxdan hiss olunurdu və bu ümumi arzu yerinə yetirilməyə yaxın idi.

Pravoslav qəbiristanlığında Müqəddəs Mürr-daşıyan Zənənlər adına pravoslav kilsəsinin ianələrlə tikintisi o qədər uğurla irəlilədi ki, 1890-cı ilin sentyabrında tamamilə başa çatdı.

23 sentyabr 1890-cı ildə, bazar günü, Müqəddəs Mürr-daşıyan Zənənlər adına pravoslav kilsəsinin Bakı qəbiristanlıq kilsəsinin açılışı baş tutdu. Şənlik ərəfəsində, axşam qəbiristanlıq kilsəsində bütün gecəni əhya saxladılar, sonunda ölülər üçün ümumi dualar oxundu. Kilsənin təqdis olunduğu gün səhər saat doqquzun yarısında Bakı Kafedralının keşişinin və şəhərin bütün pravoslav ruhanilərinin iştirakı və çoxlu ibadət edənlərin müşayiəti ilə şəhər kafedralından qəbiristanlığa doğru yürüş keçirildi. Taxtın təqdis olunmasından əvvəl kafedralın keşişi orada olanlar üçün moizə etdi. Taxtın təqdis edilməsindən sonra, ilahi liturgiya və əlahəzrət imperatora, vəliəhd şahzadəyə və bütün çar evinə uzun ömür duası ilə şükran mərasimi verildi. Axşam qəbiristanlıq kilsəsində ilk axşam duası icra edildi.

Lakin 1891-ci ilin aprelində Bakıda yağan leysandan sonra Müqəddəs Mürr-daşıyan Zənənlər adına yeni tikilmiş kilsədə Şimal və cənub tərəfdən əsas divarlar çatladı, bütün suvaqları qopdu. Dam daha əvvəl sızmağa başladı. Çatlayan divarlar söküldü və yenisi tikildi. Lakin təmirdən sonra da kilsə binası qəzalı və müvəqqəti olaraq qaldı. Bu kilsənin tikintisi ucuz başa gəlməmişdi, lakin təəssüf ki, kilsə heç bir texniki nəzarət olmadan tikilmişdi[2].

Tikilməkdə olan Aleksandr Nevski Kafedralından Üç Müqəddəs Qadın adına kilsə qəbiristanlığının görünüşü. ~ 1892-ci il

Bazar günü, 5 may 1891-ci ildə, məbəd bayramı günü (Müqəddəs Mürr-daşıyan Zənənlər) səhər saat 9-da kilsədə liturgiya icra edildi. Bir az əvvəl isə şənbə günü, mayın 4-də - axşam saat 4:30 dəqiqədən etibarən bütün gecə əhya saxlandı. Bazar günü mərasimdən əvvəl qəbiristanlıq kilsəsinin zəng qülləsində Bakı sakini Aleksey Faddeeviç Medvedevin hədiyyə etdiyi yeni zəng çalındı.

1894-cü ilin dekabrında Bakı kilsələrinin keşişi, protoiereyi A.İ.Yunitskiy Gürcüstan Ekzarxının Müqəddəs Mürr-daşıyan Zənənlər adına kilsənin yenidən tikilməsi üçün xeyir-dua aldıvə kilsə indi olduğu yerdən pravoslav qəbiristanlığından yeni yerə köçürüldü və əhəmiyyətli dərəcədə böyüdü. Bu kilsənin tikinti işlərini Aleksandr Nevski Kafedralını tikən podratçı S. M. Pavlov həyata keçirdi.

“Bakıdakı qəbiristanlıq kilsəsinin mövcud müvəqqəti yerlərinin əvəzinə Gürcüstan Ekzarxı zati -aliləri arxiyepiskop Vladimirin xeyir-duası ilə qarşıdan gələn 1895-ci ildə əsl məbəd tikiləcək”. Protoierey A. Yunitski bu barədə Bakının pravoslav sakinlərinə məlumat verərək, 26 dekabr 1894-cü il saat 12-də Persidskaya küçəsindəki (indiki M. Muxtarov küçəsi) kilsə məktəbinin binasına toplaşaraq yeni qəbiristanlıq kilsəsinin tikilməsi üçün komitə üzvlərini seçməyi xahiş etdi.

1895-ci ilin iyununda Bakıda mövcud müvəqqəti qəbiristanlıq əvəzinə yeni qəbiristanlıqda daimi pravoslav kilsəsinin tikilməsinə həm yeparxiya, həm də mülki hakimiyyət orqanları tərəfindən razılıq verildi.

Gürcüstan Ekzarxı bu kilsənin tikintisi üçün seçilmiş komitəni təsdiqlədi. Komitəyə protoierey A.İ. Yunitski (komitənin sədri) və üzvlər Bakı qubernatoru K.A.İretski, kilsənin ruhanisi Bidzina Qabarayev, P.S.Naydenov, İ.S. Doynikov, V.N. Blaqoobrazov və kilsənin ktitoru İ.S. Qladırevski daxil idi. Tikintiyə nəzarət Bakı qubernatoru tərəfindən bu kilsənin tikinti planının müəllifi - inşaat mühəndisi D. D. Buynova həvalə edildi.

9 iyun 1895-ci ildə podratçılar tərəfindən verilmiş ərizələrə baxılması, habelə tikinti üsulu və döşənmə vaxtının müzakirəsi üçün komitənin iclası keçirildi. Komitə A. İ. Yunitskiyə podratçılardan ən sərfəli qiymət təklif edənlərlə müqavilə bağlamaq səlahiyyəti verdi.

Kilsənin tikintisi üçün 1893-cü ildə Bakıda vəfat etmiş “Bakı Neft Cəmiyyətinin” keçmiş sədri, Nijni Novqorod taciri İvan Andronikoviç Lodoçnikovun varisləri kifayət qədər böyük ianə vermişdilər.

Və nəhayət, 29 iyun 1895-ci il cümə axşamı, pravoslav qəbiristanlığında, protoierey A.İ. Yunitskinin ruhani B. Qabarayevlə birlikdə icra etdiyi liturgiyadan sonra Müqəddəs Mürr-daşıyan Zənənlər adına yeni pravoslav kilsəsinin təməl daşı qoyuldu.  Dini ayində və təməl qoymada qubernator P. A. Lileyev, mer K. A. İretski, duma qlasnıları və bir çox başqa şəxslər iştirak edirdi. Təməl qoymanın sonunda protoierey A.İ. Yunitski müvafiq ruhani kəlamı söylədi, sonra isə imperator və bütün hakim ailə üçün uzun ömür duası oxundu.  

Tanınmış bakılı xeyriyyəçi Hacı Zeynalabdın Tağıyev qəbristanlıq kilsəsinin tikintisi ilə bağlı qəyyumluğun onun sonrakı tikintisi üçün artıq vəsaitin tükəndiyini öyrənərək, kiminsə xahişi olmadan qəyyumluğun sədri protoierey A.İ.Yunitskiyə 500 rubl pul göndərmişdi, həmin pul Üç Müqəddəs Qadın adına qəbiristanlıq kilsəsinin tikintisinə sərf olundu, - “Kaspi” qəzeti 1896-cı ilin iyununda yazırdı.

1896-cı ilin avqustunda pravoslav kilsəsinin qəbiristanlığının tikintisində daş işləri, demək olar ki, başa çatdı və kilsənin daxilində suvaq işlərinə başlandı.

19 sentyabr 1896-cı ildə baş keşiş A.İ.Yunitski qəbiristanlıq qəyyumluğunun iclasını keçirdi. Bu iclasda, digər məsələlərlə yanaşı, sədr kilsənin tikintisi üzrə işlərin vəziyyəti haqqında məlumat verdi - bütün işlər başa çatmaq üzrə idi və 1896-cı ilin oktyabr ayının ikinci yarısında yeni kilsəni təqdis etmək mümkün oldu: bütün günbəzlərin üstündəki beş xaç artıq qızılla örtülür, suvaq işləri isə demək olar ki, başa çatıb.

22 oktyabr 1896-cı il çərşənbə axşamı, müvəqqəti pravoslav qəbiristanlıq kilsəsində dini ayin və beş xaçın təqdis edilməsi həyata keçirildi; dini ayin protoierey A.İ. Yunitski yerinə yetirirdi; ibadətdə əyalət başçısı vəzifəsini icra edən dövlət müşaviri P.A.Lileyev və bir çox dindarlar iştirak edirdi. Kilsənin içindəki təqdisdən sonra xaçlar çölə çıxarılaraq: “Ya Rəbb, xalqını xilas et” mahnısı oxundu və yan günbəzlərə 1 metr uzunluğunda 4 kiçik xaç və 14 pud (təxminən 230 kiloqram) və 2 metrdən artıq ağırlığında böyük bir xaç kanatla bloklar üzərində qaldırılaraq əsas günbəzin üzərinə qoyuldu.

Yeni kilsə memar D.Buynovun layihəsinə əsasən tikilmişdir; hündürlüyü 30 metr, daş hörgü 19 metrdir. Kilsənin bütün tikintisi 8 987 rubla başa gəldi.

1895-ci ildə “Kaspi” qəzetində “Köhnə qəbiristanlıq kilsəsinin yerində ibadətgah və zəng qülləsi tikiləcək, material kimi köhnə kilsənin daşında istifadə olunacaq”.

9 Noyabr 1896-cı ildə, yeni qəbiristanlıq kilsəsinin təqdis günü ərəfəsində, bütün gecə əhya saxlandı. Ertəsi gün, oktyabrın 10-da səhər saat 10-da, liturgiya başlamazdan əvvəl, taxt və kilsə təqdis edildi, imperator və bütün hakim ailə üçün uzun ömür duası oxundu. Təqdisdən sonra liturgiya icra edildi. Protoierey A.İ.Yunitskinin digər din xadimləri ilə birgə kafedral xorunun oxuması ilə etdiyi dini ayində vilayətin başçısı, məxfi müşavir V.P. Roqge, vitse-qubernator, dövlət müşaviri P.A. Lileyev, bələdiyyə başçısı K. A. İretski, qəbiristanlığın qəyyumluq üzvləri və çoxlu dindar iştirak edirdi. A. İ. Yunitski bayrama uyğun çıxış etdi.

Sadovaya küçəsindən (indiki Niyazi küçəsi) Müqəddəs Mürr-daşıyan Zənənlər adına kilsəsinə görünüşü. ~ 1909-cu il

Kilsə olduqca böyük idi, təxminən 300 nəfəri qəbul edə bilərdi. Gələcəkdə[3] kilsədə zəng qülləsinin tikilməsi nəzərdə tutulmuşdu.

Keçmiş kilsədə olan İkonostas artıq sökülmüş vəziyyətdə köçürüldü; məbədin xarici görünüşü çox gözəl idi.

Müqəddəs Mürr-daşıyan Zənənlər kilsəsinə Yəhudi qəbristanlığı tərəfdən görünüşü

 

Müqəddəs Mürr-daşıyan Zənənlər qəbiristanlıq kilsəsinə bulvardan görünüşü. ~ 1910-cu il

 

Daş limandan (indiki Azneft meydanı) qəbiristanlıq kilsələrinin (Müqəddəs Mürr-daşıyan Zənənlər kilsəsi - ən sağda) görünüşü. 1916-cı il

1924-cü ildə Bakı soveti köhnə və yeni qəbiristanlıqları pulsuz istifadə üçün Müqəddəs Mürr-daşıyan Zənənlər pravoslav kilsəsinin icmasına verdi ki, bütün ölülər dinindən asılı olmayaraq orada dəfn olunsun. Qəbiristanlıqları tam qaydaya salmağı icma öz üzərinə götürdü. İcmaya qəbir qazmaq üçün haqq almaq hüququ verildi: fəhlə və qulluqçular üçün - 2 rubl, azad peşə sahibləri və sənətkarlar üçün - 5 rubl, qalanları üçün - 15 rubl. Mərhumların daşınması üçün işçi və qulluqçulardan - 7 rubl, azad peşə sahiblərindən - 12 rubl, qalanlarından - 20 rubl alınır. İcma qohumları olmadan ölüləri pulsuz dəfn etməyi öhdəsinə götürdü.

Qubanov sahilindən görünüş (indiki Neftçilər prospekti). 1930-cu illər

1930-cu illərin ortalarında köhnə qəbristanlıqların yerində Kirov adına Dağüstü Mədəniyyət və İstirahət Parkının tikintisi ilə əlaqədar kilsə, eləcə də qəbiristanlıq uçuruldu.

Bakı şəhərinin baş planı. 1898 - 1900. Polkovnik Von der Nonne tərəfindən tərtib edilmişdir. Fraqment.

Müqəddəs Mürr-daşıyan Zənənlər qəbiristanlıq kilsəsinin yerində indi Milli Məclisdir.

Qaladan görünüş (İçəri Şəhər)

 

[1] Bütün tarixlər köhnə üslubdadır.

[2] Kilsə sürüşmə təhlükəsi olan yerdə tikilib və yağışdan sonra baş verən zədə və dağıntılar bununla bağlıdır.

[3] Təxminən 1896-cı ilə aiddir.

 

Müəllif: S. Koltunov

 

Теги:
tarix kilsələr


Xəbərlər


Новости по теме

Bölmənin digər xəbərləri

Bakı şəhəri Aleksandr Nevski kafedral kilsəsi
24.12.2021
722
Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı şəhəri Aleksandr Nevski kafedral kilsəsi

1898 - 1936 Bakıda yeni nəhəng kafedral kilsənin tikilməsi ideyası 1870-ci illərin əvvəllərində, Bakıda kerosin çoxlu miqdarda istehsal olunmağa başladığı

Bakı qalasındaki (İçəri Şəhərdəki) Müqəddəs Möcüzəli Nikolay baş kilsəsi
24.12.2021
524
Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı qalasındaki (İçəri Şəhərdəki) Müqəddəs Möcüzəli Nikolay baş kilsəsi

1858 il - 1930 il  [1] 1815-ci ilə qədər Bakıda səyyar ordu kilsəsindən başqa daimi kilsə yox idi. Elə həmin il qaladakı “Qaranlıq cərgələr”

Bakıda Qız Qalasının yanında müqəddəs həvari Varfolomey kilsəsi
24.12.2021
640
Azərbaycan pravoslav kilsələrin tarixi

Bakıda Qız Qalasının yanında müqəddəs həvari Varfolomey kilsəsi

1892 - 1936 14 sentyabr 1892-ci ildə Müqəddəs Xaçın ucaldılması bayramı günündə Nikolay kilsəsində keşiş A.İ.Yunitski və bütün kilsə

Xəbərlər

Populyar Xəbərlər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində akademik Kamal Abdullanın “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı keçirilib
31.01.2024
192
Yeparxiya xəbərləri

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində akademik Kamal Abdullanın “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tədbir iştirakçılarını salamlayaraq Kamal Abdullanın çoxşaxəli tədqiqat fəaliyyətindən danışıb. Sonra iştirakçılar təhlükəsiz cəmiyyət ...

Pravoslav kino klubunda ilk görüş keçirilib
03.02.2024
191
Yeparxiya xəbərləri

Pravoslav kino klubunda ilk görüş keçirilib

2024-cü ildə Bakı yeparxiyası yeni maarifləndirici layihəyə başlayır: yeparxiyanın Dini-Mədəni Mərkəzinin bazasında müzakirələr kinoklubu fəaliyyət göstərəcək. Kinoklubun ilk görüşünü katexizasiya şöbəsinin ...

Bakı Yeparxiyasının katibi Azərbaycan Respublikasının Prezidenti andiçmə mərasimində iştirak edib
14.02.2024
174
Yeparxiya xəbərləri

Bakı Yeparxiyasının katibi Azərbaycan Respublikasının Prezidenti andiçmə mərasimində iştirak edib

Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimində iştirak edib. Milli Məclisin (parlamentin) binasında keçirilən ...

Xəbərlər