Xəbərlər 2021
Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri və nümayəndələri Bakıda keçirilən "Mədəniyyət naminə sülh" Forumunun iştirakçıları ilə görüşüblər
Dekabrın 2-də Bakı şəhərində "Mədəniyyət naminə sülh" ("Peace4Culture" Partners Forum) qlobal kampaniyasının tərəfdaşlarının Forumu işə başlayıb. Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı, İslam dünyası təhsil, elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi birgə təşkil edilmişdir.
Tədbir çərçivəsində Forum iştirakçıları, o cümlədən dünyanın, diplomatik korpusun təşviqi üzrə bir sıra beynəlxalq təşkilatların və ixtisaslaşdırılmış institutların rəsmiləri, rəhbərləri və əməkdaşları Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri və nümayəndələri ilə görüşüblər.
Azərbaycan tərəfi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı A. Paşazadə, Dağ Yəhudiləri Dini İcmasının sədri M. Yevdayev, Azərbaycandakı katolik kilsəsinin Apostol prefekti monsenor V. Fekete, Avropa Yəhudiləri Dini İcmasının sədri A. Şarovski, Bakı Yeparxiyasının Yeparxiya Şurasının katibi protoiyerey Mefodiy Əfəndiyev, Alban-udin xristian icmasının sədri R. Mobili ilə təmsil olunmuşdur.
Salamlama sözü ilə müraciət edərək, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə öz çıxışında dini icmaların cəmiyyətdə sülhün və sabitliyin möhkəmləndirilməsində iştirakını vurğuladı. ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayer səmimi qəbula görə Şeyxülislam Hacı Allahşükür Paşazadəyə təşəkkürünü bildirmiş və Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc yanaşı yaşamasının hamı üçün yaxşı nümunə olduğunu bildirmişdir.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
31.12.2021
890Bakı yeparxiyasının kilsələrində Yeni il münasibəti ilə ibadətlər keçirilib
Bakı və Azərbaycan Yeparxiyasının pravoslav dini icmalarında qarşıda gələn Yeni il münasibəti ilə ibadətlər ardıcıllıqla 2021-ci il başa vurdu. İl
30.12.2021
765Bazar günü məktəbləri və ibadətçilər üçün Bakı Yeparxiya İdarəsinin dəstəyi ilə yeni il yolkası keçirilmişdir
Dekabrın 30-da Bakı Yeparxiya İdarəsi və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə bazar günü məktəblərinin və
28.12.2021
824Müqəddəs Mürr-daşıyan Zənənlər baş kilsəsində ilk dəfə Azərbaycan dilində “Atamız” duası səslənib
Bakı şəhərinin Müqəddəs Mürr-daşıyan Zənənlər kilsəsində keçirilmiş ilahi liturqiya və ibadəti Bakı və Azərbaycan
Populyar Xəbərlər
13.07.2026
4913 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
40Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
20.06.2026
35Pravoslav gənclər Lənkərandakı Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət ediblər
Bakı Yeparxiyasının zəvvarlıq şöbəsinin təşkilatçılığı ilə pravoslav gənclər üçün yeparxiyanın ən cənub prixodu olan Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsinə səfər təşkil olunub. ...