Xəbərlər 2022

Bakıda “Şuşa ili: tarixi və dini abidələrin bərpasında yeni mərhələ” mövzusunda konfrans keçirilib

Bakıda “Şuşa ili: tarixi və dini abidələrin bərpasında yeni mərhələ” mövzusunda konfrans keçirilib

Bakıda Azərbaycan Respublikası Dini Qurumlarla​ İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Şuşa ili: tarixi və dini abidələrin bərpasında yeni mərhələ” mövzusunda konfrans keçirilib. Konfrans Dövlət Komitəsi sədrinin birinci müavini S.Salahlının çıxışı ilə açılmışdır. Sonra Azərbaycanın mədəniyyət paytaxtının yarandığı gündən bu günə qədər tarixinin əsas məqamlarından bəhs edən “Şuşa - 270” filmi tədbir iştirakçılarının diqqətinə təqdim olunub. Filmə baxıldıqdan sonra dini abidələrin vəziyyəti, onların bərpası və bu istiqamətində aparılan işlər barədə məruzələr dinlənilib.

Tədbirdə Dövlət Komitəsinin əməkdaşları, ölkədə fəaliyyət göstərən dini icmaların nümayəndələri, elm xadimləri və başqaları iştirak ediblər.

Bakı Yeparxiyasını tədbirdə yeparxiya şurasının katibi, protoiyerey Mefodiy Əfəndiyev təmsil edib.

Şəkil Albomu

Теги:
konfranslar tədbirlər


Xəbərlər


Новости по теме