Xəbərlər 2022

Bakıda​ "Vicdan azadlığı​ və media" mövzusunda konfrans keçirilib

Bakıda​ "Vicdan azadlığı​ və media" mövzusunda konfrans keçirilib

Bakıda​ Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat​ Şurasının birgə təşkilatçılığı ilə “Vicdan azadlığı​ və media” mövzusunda konfrans keçirilib. Tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, ölkənin dini icmalarının rəhbərləri və nümayəndələri, Azərbaycanın media resurslarının rəhbərləri və digərləri iştirak edib.​ Konfransda vicdan azadlığı məsələsinin müxtəlif aspektlərinə, obyektiv ictimai rəyin formalaşmasında media strukturlarının roluna dair​ çıxışlar səslənib.​

Bakı Yeparxiyasının Yeparxiya Şurasının katibi, protoiyerey Mefodiy Əfəndiyev konfransın mövzusu ilə bağlı məruzə ilə çıxış edib.

Şəkil Albomu

Теги:
konfranslar tədbirlər


Xəbərlər


Новости по теме