Xəbərlər 2022

Bakıda Beynəlxalq Tolerantlıq Günü ərəfəsində “Azərbaycan üçün dua edirik​” konfransı keçirilib

Bakıda Beynəlxalq Tolerantlıq Günü ərəfəsində “Azərbaycan üçün dua edirik​” konfransı keçirilib

Bakıda Beynəlxalq Tolerantlıq Günü ərəfəsində Dini Qurumlarla Iş​ üzrə Dövlət Komitəsinin tabeliyində olan​ Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Azərbaycan üçün dua edirik​ ” konfransı keçirilib. Forum​ Azərbaycanda multikulturalizm ənənələrinə və müasir dünyada tolerantlığın təşviqi sahəsində yaranan çağırışlara həsr olunub. Konfransda dövlət rəsmiləri, ixtisaslaşmış strukturların, dövlət və ictimai təşkilatların, təhsil müəssisələrinin əməkdaşları, dini icmaların rəhbərləri və nümayəndələri, KİV nümayəndələri iştirak ediblər. Bakı və Azərbaycan Yeparxiyasını forumun mövzusu ilə bağlı məruzə ilə çıxış etmiş Yeparxiya İdarəsinin katibi arximandrit Aleksiy (Nikonorov) təmsil edib.​
​

Şəkil Albomu

Теги:
konfranslar tədbirlər


Xəbərlər


Новости по теме