Xəbərlər 2023
«Rus Evində» Pravoslav Kitabı Gününə həsr olunmuş tədbir keçirilib
Pravoslav Kitabı Günündə Bakıdakı «Rus Evində» («Russkiy Dom») Bakı və Azərbaycan yeparxiyası və «Rossotrudniçestvo»nun Azərbaycandakı Nümayəndəliyinin (Rus Evi) birgə hazırladığı tədbir keçirilib.
Pravoslav Kitab Günü ilk dəfə 2010-cu ildə qeyd edilib. Onun keçirilməsi təşəbbüsü Rus Pravoslav Kilsəsinə məxsusdur. Bayram hər il martın 14-də keçirilir, çünki 1564-cü ilin bu günü Rusiyada ilk çap kitabı - İvan Fedorovun "Həvari" kitabı nəşr olunub.
Tədbiri giriş sözü ilə Rossotrudniçestvo-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov açıb. Bakı yeparxiya idarəsinin katibi arximandrit Aleksiy (Nikonorov) qeyd olunan hadisə və onunla bağlı tarixi şəraitdən danışıb. Nelli İsrafilovanın rəhbərliyi altında mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin kiçik xoru Böyük Oruc ilahilərini ifa etdilər. Pyatiqorsk yeparxiyasının mədəniyyət şöbəsinin katibi Mixail Statsyuk fortepianonun müşayiəti ilə müəllif vokal əsərləri ilə çıxış etdi.
Tədbir çərçivəsində, ilk dəfə 2006-cı ildə nəşr olunan "Pravoslavnıy vestnik" adlı aylıq yeparxiya qəzetinin yenilənmiş versiyasının təqdimatı keçirilib. Həmçinin, tamaşaçılara Pravoslav Kitabı Gününə həsr olunmuş Bakı yeparxiyasının arxivindən nadir çap nəşrlərindən ibarət sərgi təqdim olunub.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
31.12.2023
6772023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan
30.12.2023
696Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda
28.12.2023
760Bakı və Azərbaycan yepiskopu seçilib
Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.
Populyar Xəbərlər
13.07.2026
6013 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
53Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
04.07.2026
38Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...