Xəbərlər 2023
Pasxadan sonra 4-cü Rəbb Günü Azərbaycanda müqəddəs Elişanın xatirəsi qeyd olunur
Müqəddəs Elişa (I əsr) - Həvari Yahuda Faddeyin şagirdi və Qafqaz Albaniyasında İncilin ilk vaizi olmuşdur. Cənubi Qafqaz ərazisində bir çox kilsələr qədim zamanlardan bəri mqd. Elişaya həsr olunub. 2022-ci il dekabrın 24-də Bakı Yeparxiyasının yeparxiya iclasında qərar qəbul edildi ki, mqd. Elişanın xatirəsi hət il Pasxadan sonra 4-cü Rəbb Günü qeyd olunsun.
Bu il ilk dəfə olaraq Qafqaz Albaniyasının müqəddəs maarifçisinin xatirəsi təntənəli şəkildə Qəbələ rayonu Nic kəndində, Əqdəs Allah Anası (“Bulun”) kilsəsində keçirilib. Alban-Udi Xristian icmasının dəvəti ilə İlahi Liturgiyanı Bakı və Azərbaycan yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) protodiakon Vadim Tokarevin müşayiəti ilə keçirib. Liturgiya ilahiləri M.Klimovun rəhbərlik etdiyi kafedral kilsəsinin kvartetinin ifasında səslənib. Bakı yeparxiyasının zəvvarlıq şöbəsi paytaxt kilsələrinin imanlıları üçün Nic kəndinə səfər təşkil edib. Pravoslav udinlərlə birlikdə mqd. Elişa bayramında 50-yə yaxın insan iştirak edib.
İbadətin sonunda arximandrit Aleksiy Alban-Udi icmasının sədri Robert Mobiliyə ölkəmizin xristian icmaları arasında ruhani qardaşlığa və udinlərin qədim xristian ocaqlarını ziyarət edən bütün zəvvarlara hər zaman göstərdikləri qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
31.12.2023
6772023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan
30.12.2023
698Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda
28.12.2023
761Bakı və Azərbaycan yepiskopu seçilib
Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.
Populyar Xəbərlər
13.07.2026
6313 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
57Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
04.07.2026
39Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...