Xəbərlər 2023
Rusiyadan olan zəvvarlar Azərbaycana səfər ediblər
Pyatiqorsk yeparxiyasından və Moskva şəhərindən olan zəvvarlar Azərbaycana səfər ediblər. Qonaqlar Azərbaycanda pravoslav icmasının həyatı ilə tanış olub, paytaxtın pravoslav kilsələrinə və qədim rəvayətə görə həvari Bartalmayın şəhid olduğu Bakıda Qız Qalasının ətəyindəki məkana baş çəkiblər. Səyahət zamanı zəvvarlar ölkəmizin xristian irsi ilə tanış olublar: onlar həvari Yahuda Faddeyin şagirdi olan müqəddəs Elişa tərəfindən əsası qoyulan və daha sonra tarixi mənbələrdə "Qafqaz kilsələrin anası" adlanacaq ilk kilsənin yerində tikilmiş Kiş kəndinin qədim xristian kilsəsini ziyarət ediblər. Nic kəndinin qədim alban məbədləri və Qax şəhərinin gürcü kilsələri Azərbaycanda xristianlığın tarixi və müasirliyi haqqında təəssüratları daha da artırıb. Zəvvarlar, həmçinin Qobustan tarix-arxeoloji qoruğunda, Şəki xanlarının sarayında olmuş, Milli Xalça Muzeyinin ekspozisiyası ilə tanış olmuş, köhnə Bakının dar küçələrində və dənizkənarı bulvarda gəzmiş, Dağüstü Parkın müşahidə göyərtəsindən paytaxtın möhtəşəm mənzərələrindən zövq almışlar. Azərbayanın milli mətbəxinin yeməkləri də qonaqları biganə qoymayıb.
Səfər Bakı Yeparxiyasının Zəvvarlıq İdarəsi və Pyatiqorsk Yeparxiyasının "Qafqaz zəvvarı" Zəvvarlıq Xidməti tərəfindən birgə təşkil olunub.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
31.12.2023
6992023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan
30.12.2023
721Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda
28.12.2023
785Bakı və Azərbaycan yepiskopu seçilib
Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.
Populyar Xəbərlər
23.08.2026
81Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
22.08.2026
71Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...
19.08.2026
4819 avqust - Rəbbin Surətinin Dəyişilməsi Bayramı
Avqustun 19-da Kilsə Rəbbimiz Allahımız və Xilaskarımız İsa Məsihin Surətinin Dəyişilməsi bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi ...