Xəbərlər 2023

Ali-Mələk Mikayıl kilsəsinin bazar günü məktəbinin uşaqları teatrlaşdırılmış tamaşa nümayiş ediblər

Ali-Mələk Mikayıl kilsəsinin bazar günü məktəbinin uşaqları teatrlaşdırılmış tamaşa nümayiş ediblər

Pentekost (Əllinci Gün) bayramından sonra 4-cü həftədə Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində keçirilmiş İlahi Liturgiyadan sonra kilsənin ərazisində “Səkkizinci Əmr” tamaşası imanlıların diqqətinə təqdim olunub. Pyotr Mixayloviç Nevejinin “Oğru qız” hekayəsi əsasında müəllifi Rimma Koşurnikovanın tamaşasının səhnələşdirilməsi K.V. Əfəndiyevanın rəhbərliyi ilə Ali-Mələk Mikayıl kilsəsinin uşaq bazar günü məktəbinin şagirdləri tərəfindən həyata keçirilib.

Tamaşa başlamazdan əvvəl kilsənin baş keşişi protoiyerey Mefodiy Əfəndiyev tamaşaçılar qarşısında çıxış edərək qeyd etdi ki, artıq bir neçə ildir ki uşaq bazar günü məktəbinin mənəviyyat mövzusunda tamaşaların səhnələşdirilməsi kimi gözəl ənənəsi var. “Pandemiya və təmir işlərinin yaratdığı üç illik fasilədən sonra bu gözəl ənənə yenidən bərpa olunur”, - deyən baş keşiş bütün tamaşaçıları çıxış edənləri alqışlarla dəstəkləməyə çağırıb. Sonra teatr tamaşasının özü toplaşanların diqqətinə təqdim olunub.

Süjetə görə, gənc qəhrəman Aleksandranın gimnaziyadakı təhsilini ödəməyə pulu yoxdur. Onun anası xəstələnib və bütün vəsait anasının müalicəsinə sərf olunub. Rəfiqəsi valideynlərindən pul oğurlayaraq ona kömək etmək qərarına gəlir. Ancaq bundan sonra o, nə etdiyini başa düşür - axı onun səhv davranışına görə evin işçisi olan qadın işdən çıxarılıb. Pyesada tamaşaçı qarşısında əsas suallar qoyulur: yaxın bir insanı xilas etmək üçün səkkizinci - "oğurluq etmə" - əmrini pozmaq olarmı? Yaxşı niyyətlər hər cür vasitələrləmi həyata keçirilməlidir? "Qalibləri" mühakimə etmək olarmı?

Tamaşanın sonunda bədii rəhbər Kristina Vladimirovna dəstəyə görə hər kəsə təşəkkür edərək, bir çox uşaqlar üçün geniş tamaşaçı auditoriyası qarşısında çıxış etməyin debüt olduğunu qeyd edib.

Rossotrudniçestvo-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Xaydaroviç Zinnurov uşaqların çıxışının təşkilində böyük dəstək göstərmiş, tamaşa üçün səs avadanlığı təqdim etmişdir.



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
668

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
678

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
745

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin iqamətgahında qəbul təşkil olunub
19.06.2026
44
Yeparxiya xəbərləri

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin iqamətgahında qəbul təşkil olunub

Azərbaycanda rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin ...

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
40
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
35
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Xəbərlər