Xəbərlər 2023

Bakıda Sevgi, Ailə və Sədaqət Günü qeyd olunub

Bakıda Sevgi, Ailə və Sədaqət Günü qeyd olunub

8 iyul ənənəvi olaraq Sevgi, Ailə və Sədaqət Günü kimi qeyd olunur. Həmin gün Kilsə nikahın və ailənin himayədarları kimi ehtiram edilən Muromlu müqəddəslər Peter və Fevroniyanın xatirəsini yad edir. 2008-ci ildə Ailə, Sevgi və Sədaqət Günü ümumrusiya miqyasında qeyd olunan bayrama çevrilib. 
Bakıdakı Rus Evində ("Russkiy Dom") "Rossotrudniçestvo" nümayəndəliyinin və Bakı yeparxiyasının birgə təşkilatçılığı ilə bu günə həsr olunmuş bayram tədbiri keçirilib. Hər il Sevgi, Ailə və Sədaqət Günündə 25 ildən artıq nikahda olan ailələr “Sevgi və sədaqətə görə” medalı ilə təltif olunurlar. Bu il Bakı yeparxiyasının təklifi ilə bu mükafat protoiyerey Georgiy Tsurikov və həyat yoldaşı Nina Tsurikovaya verilib.
Bayram konsertində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin xoru çıxış edib.
Tədbirdə Bakı Yeparxiya İdarəsinin katibi arximandrit Aleksiy (Nikonorov) və Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi protoiyerey Mefodiy Əfəndiyev iştirak ediblər.



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
673

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
687

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
754

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
56
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
45
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Bazar məktəblərinin şagirdləri Lənkəran rayonuna səfər ediblər
27.06.2026
37
Yeparxiya xəbərləri

Bazar məktəblərinin şagirdləri Lənkəran rayonuna səfər ediblər

Tədris ilinin başa çatması münasibətilə Bakı şəhərində fəaliyyət göstərən pravoslav kilsələrinin bazar məktəblərinin şagirdləri üçün, Bakı və Azərbaycan yepiskopu Aleksiy xeyir-duası ilə, Yeparxiyanın zəvvarlıq ...

Xəbərlər