Xəbərlər 2023

Tatarıstanın paytaxtında Allahın Validəsinin Kazan ikonasının zühurunun 444-cü ildönümü münasibətilə bayram tədbirləri keçirilib

Tatarıstanın paytaxtında Allahın Validəsinin Kazan ikonasının zühurunun 444-cü ildönümü münasibətilə bayram tədbirləri keçirilib

Kazan şəhərində (1579) Allahın Əqdəs Validəsi ikonası zühur etməsi bayramında Tatarıstanın paytaxtında dua mərasimlərinə Daşkənd və Özbəkistanın Mitropoliti Vikentiy, Bütün Belarusiya Patriarx Ekzarxı, Minsk və Zaslavl Mitropoliti Veniamin və Kazan və Tatarıstan Mitropoliti Kirill başçılıq ediblər.

Bayram ərəfəsi Gecə İbadəti keçirilib, bayram gününün səhəri isə Kazan Kremlinin Müjdə kafedral kilsəsində 2005-ci ildə Vatikanın Kazana təqdim etdiyi Allahın Validəsinin Kazan ikonasının ehtiram edilən nüsxəsinin qarşısında dualar oxunub. Sonra kilsədən ecazkar təsvirin tapıldığı yerə - Kazanın Allahın Validəsi (Boqoroditskiy) kişi monastırına aid Kazan şəhəri kafedral kilsəsinə qədər ümumşəhər xaç yürüşü başlandı.

Yürüş iştirakçıların gəlişindən sonra Kazan kafedral kilsəsində İlahi Liturgiya keçirildi. Bayram ibadətində Bakı yeparxiyasının rəhbəri Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt və Bakı Yeparxiya İdarəsinin katibi arximandrit Aleksiy (Nikonorov) iştirak ediblər.

İbadətin sonunda bütün iştirak edənləri Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov və Tatarıstan Respublikasının Dövlət müşaviri Mintimer Şaymiyev təbrik ediblər.



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
675

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
687

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
754

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
57
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
46
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Bazar məktəblərinin şagirdləri Lənkəran rayonuna səfər ediblər
27.06.2026
38
Yeparxiya xəbərləri

Bazar məktəblərinin şagirdləri Lənkəran rayonuna səfər ediblər

Tədris ilinin başa çatması münasibətilə Bakı şəhərində fəaliyyət göstərən pravoslav kilsələrinin bazar məktəblərinin şagirdləri üçün, Bakı və Azərbaycan yepiskopu Aleksiy xeyir-duası ilə, Yeparxiyanın zəvvarlıq ...

Xəbərlər