Xəbərlər 2023

Zəvvarlar Azərbaycanın şimal bölgəsinə səfər ediblər

Zəvvarlar Azərbaycanın şimal bölgəsinə səfər ediblər

Rəbbin Həyatverən Xaçının Nümayişi bayramında yeparxiyanın zəvvarlıq İdarəsi Bakı və Sumqayıt kilsələrinin imanlıları üçün Azərbaycanın şimal bölgəsinə səyahət təşkil edib. Zəvvarlar Xaçmaz şəhəri Müqəddəs Ecazkar Nikolay kilsəsində keçirilən bayram İlahi Liturgiyasında iştirak ediblər. Liturgiyanın sonunda suyun təqdis edilməsi və  yeni məhsul balının təqdis edilməsi dua mərasimləri keçirildi. Bu ildən başlayaraq Bakı yeparxiyası İkinci Qarabağ Müharibəsi qazisi Maksim Voskresenskiy ilə əməkdaşlıq edərək onun Azərbaycanın Zaqatala rayonunun ekoloji cəhətdən təmiz dağlıq ərazisində yerləşən arıxanasından bal satışına köməklik göstərir.
Ziyarət iştirakçıları Xaçmazın mqd. Nikolay kilsəsində nahar etdikdən sonra 1892-ci ildə rus köçkünləri tərəfindən əsası qoyulmuş Hacıhüseynli kəndinə (keçmiş Yelenovka kəndi) gedib, burada fəaliyyətsiz olan Məryəm Ananın Dua Örpəyi pravoslav kilsəsinə baxış keçiriblər. Kilsə 1897-ci ildə tikilib və sovet dövründə bağlanıb. Səfər proqramına Qusar şəhərində M.Y. Lermontovun keçmiş ev muzeyinin qarşısında  şairin abidəsinə və Qusar şəhəri rəsm qalereyasıa baxış da daxil idi.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
645

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
657

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
728

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
22.05.2026
81
Yeparxiya xəbərləri

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur

Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay  kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...

20 may - Pasxa bayramın son günüdür
20.05.2026
76
Yeparxiya xəbərləri

20 may - Pasxa bayramın son günüdür

Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
26.05.2026
75
Yeparxiya xəbərləri

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib

Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi ...

Xəbərlər