Xəbərlər 2023

Nic qəsəbəsinin müqəddəs Yelisey kilsəsində Liturgiya və humanitar-maarifləndirici aksiya keçirilib

Nic qəsəbəsinin müqəddəs Yelisey kilsəsində Liturgiya və humanitar-maarifləndirici aksiya keçirilib

Artıq ikinci ildir ki, Alban-udi xristian icmasında liturgik həyat davam edir. Alban-Udi xristian icması ilə Bakı və Azərbaycan yeparxiyası arasında razılığa əsasən Azərbaycanın Qəbələ rayonu Nic qəsəbəsinin qədim kilsələrində hər il İlahi Liturgiya keçirilir. Bakı yeparxiyasının ruhaniləri pravoslav udilərlə birlikdə "Cotari" mqd. Yelisey və "Bulun" Allahın Əqdəs Validəsi kilsəsində ibadətlər keçirir. Liturgiya zamanı dualar və ilahilər həm kilsə-slavyancasında, həm də udi dilində səslənir.

Sentyabrın 2-i, şənbə günü, mqd. Yelisey kilsəsində keçirilən Liturgiyaya Bakı yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) başçılıq edib. İbadətdə Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, icmanın dini rəhbəri Rafiq (Rafael) Danakari, Nic sakinləri və Bakıdan gələn zəvvarlar iştirak ediblər. İlahiləri Mixail Klimovun rəhbərliyi altında mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin kiçik xoru ifa edib.

Liturgiyanın sonunda kilsənin həyətində orta məktəbdə təhsilə başlayan 50-yə yaxın uşağın iştirak etdiyi “Uşağı məktəbə hazırla” humanitar-maarifləndirici aksiya keçirilib.

Artıq Azərbaycanın bir çox şəhər və kəndlərində ənənəvi hal almış tədbiri Rossotrudniçestvo (Bakıdakı Rus Evi) nümayəndəliyi və VTB-Azərbaycan Bankı təşkil edib. Kampaniya nəticəsində 50 nəfər birinci sinif şagirdi məktəb ləvazimatları ilə bel çantaları alıb.

İbadət və xeyriyyə tədbiri zamanı CBC teleşirkəti tərəfindən “Tolerantlığın çalarları” silsiləsindən olan növbəti verilişinin çəkilişləri aparılıb.



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
685

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
707

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
773

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
48
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
48
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər
19.07.2026
42
Yeparxiya xəbərləri

Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər

İyulun 19-da Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin uşaq bazar məktəbinin şagirdləri müəllimləri və valideynlərinin müşayiəti ilə Azərbaycanın paytaxtının mərkəzində — İçərişəhərdə yerləşən Tolerantlıq Evini (Muzeyini) ziyarət ...

Xəbərlər