Xəbərlər 2023

Gəncə şəhərində kilsə bayramı keçirilib

Gəncə şəhərində kilsə bayramı keçirilib

Pentekost (Əllinci Gün) bayramından sonra 14-cü Rəbb Günündə Gəncə şəhəri Aleksandr Nevskiy kilsəsində taxt-tac bayramı keçirilib. Gəncə kilsəsinin əsası 1884-cü ildə qoyulmuşdur və kilsə ilk olaraq kafedral kimi tikilmişdir. Təxminən əsr yarım ərzində bu kilsə ölkənin qərb bölgəsində yaşayan pravoslav xristianlar üçün cəlbedici dini mərkəz olmaqla yanaşı, həm də Azərbaycanın bir çox görkəmli övladlarının vətəni olan qədim Gəncə şəhərini bəzəyən memarlıq incisi olub.

Rəbb Günü ərəfəsində gecə duasına, eləcə də Rəbb Günü İlahi Liturgiyaya və xaç yürüşünə yeparxiya ruhanilərinin müşaiyətilə Bakı yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov) başçılıq edib. İlahilər Mixail Klimovun rəhbərliyi altında Bakı kafedral kilsəsinin kvarteti tərəfindən ifa olunub. Yeparxiyanın zəvvarlıq idarəsi Bakı və Sumqayıt kilsələrinin imanlıları üçün Gəncəyə bayram münasibətilə səfər təşkil edib. İbadətin sonunda arximandrit Aleksiy kilsənin baş keşişini, kilsə icmasını və bütün ibadət edənləri bayram münasibətilə təbrik etdi və bayramdan xatirə kimi zəvvarların adından kilsənin baş keşişi Varfolomey Sotnikova yeni keşiş libasını hədiyyə etdi.

İbadətdə şəhər rəhbərliyinin və KİV-nin nümayəndələri iştirak ediblər. Həmin gün AzTV dövlət kanalının regional xəbərlər bölümündə Gəncədə pravoslav bayramı ilə bağlı reportaj nümayiş etdirilib.



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
679

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
698

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
763

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
63
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
57
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Yepiskop Aleksiy  Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
04.07.2026
39
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib

4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...

Xəbərlər