Xəbərlər 2023

Həlak olmuş dənizçilər üçün dualar edilib

Həlak olmuş dənizçilər üçün dualar edilib

Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi, protoiyerey Mefodiy Əfəndiyev 1857-ci il sentyabrın 14-də «Kuba» adlı gəminin qəzaya uğraması zamanı həlak olmuş dənizçilərin dəfn olunduğu yeri ziyarət edib. «Donanma kilsəsi» kimi tanınan Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi 4 zabit və 18 aşağı rütbəli dənizçilərin məzarı önünə gül dəstələri qoyub və Xəzər dənizində həlak olmuş dənizçilər üçün mərhumlar duası oxuyub. 

"Kuba" gəmisi görkəmli hidroqraf və dənizçilik tarixçisi komandir leytenant N.A. İvaşintsovun sərəncamında olan ekspedisiya gəmisi idi. Ekspedisiyanın əsas vəzifəsi müfəssəl və dəqiq xəritə və naviqasiya istiqamətlərinin tərtib edilməsi məqsədilə Xəzər dənizinin hərtərəfli və dolğun təsviri idi.Sentyabrın 11-də gəmi Həştərxandan Bakı istiqamətində yola düşdü. Sentyabrın 14-də axşam saatlarında başlanan fırtına zamanı gəmi sualtı qayaları ilə toqquşub və Şuvəlan kəndi yaxınlığında batıb. Qəzanın baş verdiyi yerin yaxınlığındakı burunda kiçik və sadə bir abidə ucaldıldı. Həmin abidə 30 ildən sonra dəniz fənərləri və losiyalar üzrə direktorun köməkçisi, “Lotsman” hərbi gəminin komandiri, 2-ci dərəcəli kapitan P.Orlovun təşəbbüsü ilə yenisi ilə dəyişdirildi. Yeni abidənin tikintisi üçün vəsaitin toplanması Xəzər dənizinin dəniz fənərləri və losiyalar üzrə direktoru, Bakı limanının komandiri kontr-admiral knyaz Leonid Alekseyeviç Uxtomskinin razılığı ilə dənizçilər və onların ailələri arasında aparılmışdır. Məlumdur ki, obeliskin layihəsini təmənnasız olaraq memar V.Edel tərtib edib, abidənin tikintisində isə usta Serebryakov çalışıb.

90-cı illərin əvvəlində xeyli yararsız vəziyyətə düşmüş abidə 2005-ci ildə Böyük Vətən Müharibəsində Qələbə Gününün 60 illik yubileyinin qeyd olunması ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bərpa edildi.

Xəbər hazırlanarkən www.ourbaku.com saytında yerləşdirilən materialdan istifadə olunub



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
679

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
698

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
763

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
63
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
57
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Yepiskop Aleksiy  Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
04.07.2026
39
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib

4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...

Xəbərlər