Xəbərlər 2023

Bakı Kitab Mərkəzində “Vətən müharibəsinin tarixi - şəxsiyyət amili” kitabının təqdimat mərasimi keçirilib

Bakı Kitab Mərkəzində “Vətən müharibəsinin tarixi - şəxsiyyət amili” kitabının təqdimat mərasimi keçirilib

Bakı Kitab Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin tarixi - şəxsiyyət amili” kitabının təqdimat mərasimi keçirilib. Altı dilə tərcümə olunan nəşr Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə layihəsidir.

Kitab Azərbaycanın müdafiə naziri Zakir Həsənovun, xarici işlər naziri Ceyhun Bayramovun, Şuşa şəhərinin azad edilməsində iştirak etmiş əfsanəvi polkovnik Tehran Mənsimovun və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yazdığı ayrı-ayrı fəsillərdən ibarətdir. .

Təqdimatdan əvvəl tədbir iştirakçıları ölkənin ərazi bütövlüyünün bərpası zamanı həlak olmuş Vətən müdafiəçilərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra təqdimat mərasiminə toplaşanlar üçün nəşr olunmuş kitab haqqında sənədli film nümayiş etdirilib. Eldar Əzizov tədbir iştirakçılarına salamlama nitqi ilə müraciət edərək qeyd edib ki, nəşr olunan kitab Azərbaycanın birinci müharibədə məğlubiyyətinin səbəblərini, 30 ilə yaxın müddət ərzində münaqişənin sülh yolu ilə həlli cəhdlərini, işğal olunmuş torpaqların çoxdan gözlənilən azad edilməsinə gətirib çıxaran Azərbaycan ordusunun yeni quruculuğu prosesini və Ali Baş Komandan İlham Əliyevin müdrik strategiyasını və uzaqgörən siyasətini obyektiv və hərtərəfli təhlil etməyə ilk cəhddir. Sonra söz layihə iştirakçılarına verilib.

Tədbirdə Qarabağ müharibəsi veteranları, dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, ənənəvi dini icmaların rəhbərləri və nümayəndələri, Azərbaycan ziyalılarının tanınmış nümayəndələri iştirak ediblər.

Tədbirdə Bakı yeparxiyasını Yeparxiyanın ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəisi, protoiyerey Mefodiy Əfəndiyev təmsil edib.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
691

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
716

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
779

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
67
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
10.08.2026
58
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
22.08.2026
57
Yeparxiya xəbərləri

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya

Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...

Xəbərlər