Xəbərlər 2023

Lənkəran prixodu kilsəsinin taxt-tac bayramını qeyd edib

Lənkəran prixodu kilsəsinin taxt-tac bayramını qeyd edib

Bakı yeparxiyasının ən cənub prixodunda kilsə taxt-tac bayramı keçirilib. Allahın Əqdəs Validəsinin Dua Örpəyinə həsr olunmuş kilsə  2019-cu ildə inşa edilmişdir və yeparxiyanın ən «gənc» kilsəsidir. Kilsədə ilk İlahi Liturgiya 2022-ci ilin iyun ayında Bakı Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt tərəfindən keçirilmişdir. Həmin andan etibarən kilsədə liturgiya həyatı davam edir, ibadətlər müntəzəm olaraq keçirilir və icma üzvlərinin sayı artır.

Kilsə bayramı ibadətinə, Allahın Əqdəs Validəsinin Dua Örpəyi prixodunun baş keşişi protoiyerey Aleksandr Astaşkinin və protodiakon Vadim Tokarevin müşaiyəti ilə Bakı yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) başçılıq edib. Liturgiya ilahiləri Mixail Klimovun rəhbərliyi altında Bakı şəhəri Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsinin kvarteti tərəfindən ifa olunub. Yeparxiyanın zəvvarlıq idarəsi tərəfindən Bakı və Sumqayıt kilsələrinin imanlıları üçün Lənkərana səfər təşkil edilib. Pravoslav lənkəranlıları təbrik etmək və bayram sevincini onlarla bölüşmək üçün Rusiyanın Azərbaycandakı səfirliyinin diplomatları, eləcə də “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi rəhbərinin birinci köməkçisi gəliblər.

Belarusda bayram günü üçün xüsusi olaraq hazırlanmış əsas kilsə bayramlarının ikonaları Lənkəran kilsəsinə təqdim edildi. Liturgiyanın sonunda kilsənin ətrafında dini yürüş keçirildi. Yürüş zamanı yeni ikonalar təqdis edildi. 



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
645

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
657

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
728

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
22.05.2026
81
Yeparxiya xəbərləri

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur

Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay  kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...

20 may - Pasxa bayramın son günüdür
20.05.2026
76
Yeparxiya xəbərləri

20 may - Pasxa bayramın son günüdür

Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
26.05.2026
75
Yeparxiya xəbərləri

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib

Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi ...

Xəbərlər