Xəbərlər 2023
Moskvada Rus Pravoslav Kilsəsinin regent və ifaçılarının Beynəlxalq Qurultayının açılıb
Oktyabrın 16-da Moskva şəhəri Xilaskar Məsih Kilsəsinin Kilsə Məclisləri Zalında Moskva və Bütün Rusiya Patriarxı yanında rus kilsə ilahilərin ifası inkişafı üzrə Kilsə-İctimai Şurasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rus Pravoslav Kilsəsinin regent və ifaçılarının Beynəlxalq Qurultayının açılışı keçirildi.
Tədbirin nümayəndələrini Moskva və Bütün Rusiya Patriarxı yanında rus kilsə ilahilərin ifası inkişafı üzrə Kilsə-İctimai Şurasının sədri, Tver və Kaşin mitropoliti Amvrosiy salamlayıb və III Beynəlxalq Qurultay iştirakçılarına Patriarxın salamlarını çatdırıb. Həmçinin Rusiya Federasiyasının mədəniyyət naziri O. B. Lyubimova tədbir iştirakçıları qarşısında salamlama nitqi ilə çıxış edib.
Bu ilki qurultay Sergey Vasilyeviç Raxmaninovun xatirəsinə həsr olunduğu üçün rəsmi hissənin sonunda görkəmli rus bəstəkarının həyat və yaradıcılığında Kilsənin yeri, onun dini musigi əsərləri haqqında məruzələr dinlənilib. Sonra nümayəndələr “Kliros. Dövrümüzün problemləri” mövzusunda sessiyada iştirak ediblər. Tədbir çərçivəsində bir sıra kitabların təqdimatı, master-klasslar və bəstəkar G.N. Lapayev ilə görüş keçirilib.
Qurultayın ilk iş günü «Məsihin Nuru» adlı I və II Patriarx Beynəlxalq Festivalın qaliblərinin qala-konserti ilə başa çatıb. Qurultayın işində Rusiyadan, eləcə də yaxın və uzaq xaricdən 600-ə yaxın nümayəndə iştirak edir.
Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktın xeyir-duası ilə Qurultayın işində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin xor rəhbəri K.V. Əfəndiyeva iştirak edir.
Foto: Tver mitropoliyası
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
31.12.2023
6452023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan
30.12.2023
657Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda
28.12.2023
728Bakı və Azərbaycan yepiskopu seçilib
Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.
Populyar Xəbərlər
22.05.2026
81Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...
20.05.2026
7620 may - Pasxa bayramın son günüdür
Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...
26.05.2026
75Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi ...