Xəbərlər 2023

Bakının kafedral kilsəsində məşhur Moskva xorunun konserti

Bakının kafedral kilsəsində məşhur Moskva xorunun konserti

Bakı və Azərbaycan yeparxiyası bərpasının 25-ci ildönümünün qeyd olunması çərçivəsində paytaxt kilsələrinin imanlıları üçün gözəl hədiyyə təqdim edib. Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində ruhani musiqi konserti keçirilib. Tatyana Jdanovanın rəhbərlik etdiyi “Sevinc” mərkəzinin məşhur “Vozrojdenie” (İntibah) Rusiya xoru tamaşaçılar qarşısında çıxış edib. Tədbir təkcə kilsənin deyil, həm də Bakının mədəni həyatının maraq doğuran hadisəsinə çevrildi. 

"Sevinc" Uşaq Yaradıcılıq İnkişafı və Musiqi-Estetik Tərbiyəsi Mərkəzi 1980-ci ildə yaradılmışdır. Mərkəzin daimi direktoru Rusiya Federasiyasının əməkdar artisti, Ümumrusiya Xor Cəmiyyəti Rəyasət Heyətinin üzvü, Moskva Musiqi Cəmiyyəti Rəyasət Heyətinin üzvü, Beynəlxalq Musiqiçilər İttifaqı yanında Moskva Xorları Assosiasiyasının bədii şurasının üzvü Tatyana Jdanovadır. Mərkəzin məzunlarından ibarət “Vozrojdenie” xoru bir çox Beynəlxalq Xor Festivallarının Qran-pri sahibi və laureatıdır, Rusiyanın və digər ölkələrin nüfuzlu səhnələrində uğurla çıxış edir. “Vozrojdenie” xorunun repertuarı rus ruhani və klassik musiqisinin, Qərbi Avropa klassik musiqisinin, müasir bəstəkarların musiqisinin, Rusiyanın və dünyanın xalq musiqisinin incilərindən ibarətdir. Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində xor gecə ibadəti, İlahi Liturgiya və digər ruhani əsərlər ilə çıxış edib.



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
687

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
709

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
777

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
54
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
10.08.2026
48
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
22.08.2026
47
Yeparxiya xəbərləri

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya

Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...

Xəbərlər