Xəbərlər 2024

Yepiskop Aleksiy ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri arasında görüş keçirilib

Yepiskop Aleksiy ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri arasında görüş keçirilib

Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov arasında görüş keçirilib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Kafedral kilsəsində Dövlət Komitəsinin rəhbərini Bakı və Azərbaycan yepiskopu Aleksiy qarşılayıb. R.Məmmədov ölkənin baş pravoslav kilsəsinin tarixi və hazırkı vəziyyəti ilə tanış oldu, 2003-cü ildə onun təntənəli açılışında iştirak etdiyini bildirdi və Yeparxiya muzeyinin sərgisinə baxış keçirdi.

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzinin kitabxanasında davam edilən görüşdə Dövlət Komitəsinin sədri dövlətin dini və milli siyasətindən, multikulturalizmin Azərbaycan modelindən danışıb, pravoslav xristianların, digər dinlərin nümayəndələri ilə yanaşı, Azərbaycan cəmiyyətinin həyatının bütün sahələrində fəal iştirak etdiyini vurğulayıb. R.Məmmədov ölkənin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş Azərbaycanın Milli Qəhrəmanları arasında pravoslav xristianların da olduğunu xüsusi qeyd edib. Yepiskop Aleksiy öz növbəsində Azərbaycana gəlişindən bəri müşahidə etdiyi ənənəvi dinlərin nümayəndələri arasında dinlərarası dialoqun və səmimi dostluğun yüksək səviyyədə olduğunu qeyd edib. Yepiskop ziyarətə görə Ramin Məmmədova təşəkkür edib və Azərbaycan xalqının rifahı naminə xidmət etməyə hazır olduğunu bildirib. Dövlət Komitəsi ilə Bakı Yeparxiyası arasında qarşılıqlı fəaliyyət məsələləri də müzakirə edilib və gələcək əməkdaşlığın perspektivləri müəyyən edilib.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
632

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
572

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
546

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
86
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
22.08.2026
75
Yeparxiya xəbərləri

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya

Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...

Uşaq bazar günü məktəblərinin şagirdləri üçün «Yay düşərgəsi»
05.09.2026
51
Yeparxiya xəbərləri

Uşaq bazar günü məktəblərinin şagirdləri üçün «Yay düşərgəsi»

Sentyabrın 2-i və 3-ü Bakı və Azərbaycan yepiskopu Aleksinin xeyir-duası ilə Bakı şəhərində fəaliyyət göstərən uşaq bazar günü məktəblərinin şagirdləri üçün «Yay düşərgəsi» layihəsi təşkil olunub. ...

Xəbərlər