Xəbərlər 2024

Arxiyerey Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Arxiyerey Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün (Pentekost) bayramından sonra 9-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda yepiskop Aleksiy toplaşanlara Rəbb Günü İncilinin mövzusunda moizə verdi. İbadətdən sonra arxipastır imanlılarla kilsənin həyətində söhbət edib.