Xəbərlər 2024
7 sentyabr - Həvari Bartalmayın mübarək qalıqlarının gətirilməsi bayramı
Sentyabrın 7-də Kilsə Həvari Bartalmayın mübarək qalıqlarının gətirilməsini qeyd edir. Bu, Azərbaycanda yaşayan pravoslav xristianlar üçün xüsusi gündür. Müqəddəs Həvari Bartalmay qədim zamanlardan Cənubi Qafqazın himayədarı sayılır, Kilsə rəvayətinə görə o müasir Azərbaycan torpaqlarında İncili vəz edib. Bakının mərkəzində, Qız qalasının ətəyində, XX əsrin 30-cu illərinə qədər həvari Bartalmaya həsr olunmuş bir ibadətgah dururdu. Bakı yeparxiyasının kafedral kilsəsində həvari Bartalmayın mübarək qalıqları xüsusi sandıqçada saxlanılır.
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın (İşeinin) xeyir-duası ilə sentyabrın 7-də ənənəvi olaraq qeyd olunan Həvari Bartalmayın mübarək qalıqlarının Bakıya gətirilməsi xatirəsinə yeparxiya bayramı təsis edilmişdir.
Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri müşayiət ediblər. İbadətin sonunda yepiskop Aleksiy toplaşanlara müqəddəs həvari Bartalmay haqqında moizə ilə müraciət edib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
29.12.2024
523Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida
26.12.2024
505Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən
25.12.2024
454Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru
Populyar Xəbərlər
12.04.2026
88Bakıda Pasxa bayramı
Azərbaycanın pravoslav icması Məsihin Nurlu Dirilməsi bayramını qeyd edir. Pasxa günü, Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən təntənəli ibadətlərə Bakı və Azərbaycan yepiskopu Aleksiy ...
08.04.2026
73Müqəddəs Çərşənbə günündə yepiskop Aleksiy kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib
Müqəddəs Həftənin çərşənbə günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib. ...
07.04.2026
627 aprel – Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramı
Aprelin 7-də Kilsə Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramını qeyd edir. Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində keçirilən ərəfə İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. ...