Xəbərlər 2024
Yepiskop Aleksiy Gəncə şəhərində kilsə taxt-tac bayramına başçılıq edib
Sentyabrın 12-də Gəncə şəhəri Müqəddəs Mömin Böyük Knyaz Aleksandr Nevskiy kilsəsində taxt-tac bayramı keçirilib. Bayram İlahi Liturgiyasına və xaç yürüşünə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Yepiskop Aleksini Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov, iqumen Kirill (Nikitin), protoiyerey Andrey Bezotosnıy, Gəncə ş. Aleksandr Nevskiy kilsəsinin baş keşişi iyerey Varfolomey Sotnikov, protodiakon Vadim Tokarev və diakon Aleksiy Bezotosnıy müşayiət ediblər.
İbadət ilahilərini Mixail Klimovun rəhbərliyi altında Bakı Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin xor ifaçıları səsləndirdilər. Xaç yürüşünün sonunda yepiskop toplaşanları taxt-tac bayramı münasibəti ilə təbrik etdi və hamıya arxpastır nəsihəti ilə müraciət etdi. Yeparxiyanın zəvvarlıq şöbəsi tərəfindən Bakı və Sumqayıt kilsələrinin imanlıları üçün Gəncəyə səfər təşkil edilib. Zəvvarların hədiyyəsi olaraq yepiskop Aleksiy kilsəyə Müqəddəs Böyük Şəhid Müzəffər Georgiy ikonasını təqdim etdi.
İbadətin sonunda yepiskop Aleksini kilsədə Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə şəhəri üzrə nümayəndəsi Həsən Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abuzer Zeynalov salamlayıblar.
Xəbərlər
Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
29.12.2024
596Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida
26.12.2024
547Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən
25.12.2024
513Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru
Populyar Xəbərlər
13.07.2026
5713 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
45Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
27.06.2026
37Bazar məktəblərinin şagirdləri Lənkəran rayonuna səfər ediblər
Tədris ilinin başa çatması münasibətilə Bakı şəhərində fəaliyyət göstərən pravoslav kilsələrinin bazar məktəblərinin şagirdləri üçün, Bakı və Azərbaycan yepiskopu Aleksiy xeyir-duası ilə, Yeparxiyanın zəvvarlıq ...





