Xəbərlər 2024
Yepiskop Aleksiy Azərbaycanın qərb bölgələrinə tanışlıq səfəri edib
Azərbaycanın xristian irsi ilə tanışlıq çərçivəsində yepiskop Aleksiy ölkənin qərb bölgəsinə tanışlıq səfəri edib.
Arxiyerey Şəki rayonunun Kiş kəndində qədim Qafqaz Albaniya torpağına xristianlığın ilk toxumlarını gətirmiş, həvari Taddayın şagirdi müqəddəs Elişanın müjdəçiliyi yerində tikilmiş kilsə-muzeyini ziyarət edib. Aleksiy həzrətləri Qax rayonunun Qum kəndində V-VI əsrlərə - Qafqaz Albaniyasında xristianlığın intibah dövrünə aid qədim xristian bazilikasında olub. Oğuz şəhərində yepiskop 1822-ci ildə tikilmiş, hazırda tarix və etnoqrafiya muzeyinin yerləşdiyi müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy pravoslav kilsəsini, eləcə də keçmiş müqəddəs Elişa monastırının "Kala Gergets" adlı kiçik kilsəsini ziyarət edib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları kilsələri ziyarət etməyə köməklik göstəriblər.
Səfər çərçivəsində yepiskop Aleksiy udi xalqının yığcam məskunlaşdığı Qəbələ rayonunun Nic kəndində olub, burada Alban-Udi Xristian icmasının sədri Robert Mobili və icmanın ruhani rəhbəri Rafiq Danakari ilə görüşüb. Robert Mobili qonaqlara icmanın həyatı haqqında məlumat verib, Müqəddəs Elişa (“Cotari”) və Allahın Əqdəs Validəsi (“Bulun”) qədim kilsələrini göstərib.
Səfər zamanı yepiskopu Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov və iqumen Kirill (Nikitin) müşayiət ediblər.
Xəbərlər
Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
29.12.2024
596Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida
26.12.2024
547Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən
25.12.2024
513Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru
Populyar Xəbərlər
13.07.2026
5713 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
45Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
27.06.2026
37Bazar məktəblərinin şagirdləri Lənkəran rayonuna səfər ediblər
Tədris ilinin başa çatması münasibətilə Bakı şəhərində fəaliyyət göstərən pravoslav kilsələrinin bazar məktəblərinin şagirdləri üçün, Bakı və Azərbaycan yepiskopu Aleksiy xeyir-duası ilə, Yeparxiyanın zəvvarlıq ...





