Xəbərlər 2024

Yepiskop Aleksiy dekorativ-tətbiqi sənət ustaları ailəsi ilə görüşüb

Yepiskop Aleksiy dekorativ-tətbiqi sənət ustaları ailəsi ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində yepiskop Aleksiy yaradıcı insanlar ailəsi ilə görüşüb. İsgəndər, Lalə və Toğrul Sərdarlı Azərbaycan Rəssamlar İttifaqının üzvləri, dekorativ-tətbiqi sənət ustalarıdır, onların əsərləri Azərbaycan və xarici muzeylərin, qalereyaların, ayrı-ayrı şəxslərin kolleksiyalarında layiqli yer tutur. Sərdarlı ailəsi tərəfindən təşkil olunmuş "Sərdar sandıq ocağı" muzeyi dünyada yeganə bu tipli muzeydir. Lalə Sərdarlı həm də “Tətbiqi sənət nümunələrinin qorunmasına və təbliğinə yardım” ictimai birliyinin sədridir.

Yepiskopun ustalar ailəsi ilə görüşü səmimi, dostluq şəraitində keçdi. Rəssamlar öz yaradıcılıqlarından, dekorativ-tətbiqi sənət irsinin qorunub saxlanmasından, işlərində müasir texnologiyalardan istifadə etmələrindən danışıblar. Sərdarlılar ailəsi Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinə "Külli-İxtiyar Rəbb” oyma ikonasını və yepiskop Aleksiyə əl işi olan arxiyerey xaçı və panagiyanı hədiyyə olaraq təqdim etdilər. Yepiskop qiymətli hədiyyələrə görə qonaqlara təşəkkür etdi və xoş ünsiyyət və əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirdi.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
592

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
545

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
510

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
49
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
40
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Pravoslav gənclər Lənkərandakı Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət ediblər
20.06.2026
33
Yeparxiya xəbərləri

Pravoslav gənclər Lənkərandakı Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət ediblər

Bakı Yeparxiyasının zəvvarlıq şöbəsinin təşkilatçılığı ilə pravoslav gənclər üçün yeparxiyanın ən cənub prixodu olan Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsinə səfər təşkil olunub. ...

Xəbərlər