Xəbərlər 2024
Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində taxt-tac bayramı qeyd edilib
Allahın Ordularının Sərkərdəsi Müqəddəs Ali-Mələk Mikayıl və Cisimsiz Səmavi Qüvvələrin şərəfinə keçirilən bayram Bakı və Azərbaycan yeparxiyasının ən qədim kilsəsinin taxt-tac bayramıdır. Kilsənin tarixi XIX əsrin ortalarında Bakıda Xəzər Donanması heyətinin yerləşməsi ilə bağlıdır. 1845-ci ildə 45-ci donanma heyətinin xəstəxanasında inşa edilən kilsə əvvəlcə Müqəddəs Məryəmin Göylərə Götürülməsinə həsr olunmuşdu. 1873-cü ildə Xəzər Donanmasının heyəti üçün Bakı limanında müqəddəs Moskvalı Aleksiy kilsəsinin tikintisi və köhnə Məryəmin Göylərə Götürülməsi kilsəsinin ləğvi ilə əlaqədar olaraq, köhnə «dəniz» kilsəsinin binası 66-cı Bakı quberniya batalyonunun (sonralar Salyan alayına çevrildi) tabeliyinə verildi. Beləliklə, köhnə dəniz kilsəsi batalyon kilsəsinə, daha sonra isə alay kilsəsinə çevrildi. Batalyon kilsəsinin taxt-tac bayramı Ali-Mələk Mikayıl bayramı gününə düşdü. 1891-1892-ci illərdə köhnəlmiş kilsə binası bərpa və rekonstruksiya edildi və 1 noyabr 1892-ci il tarixində Ali-Mələk Mikayılın şərəfinə təqdis olundu. Şəhərin bir çox sakinləri tərəfindən sevilən Ali-Mələk kilsəsinin tarixi budur. Kilsəni hələ də köhnə adətə görə «dəniz» kilsəsi adlandırırlar.
Taxt-tac bayramı ibadətlərinə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi yeparxiyanın ruhaniləri müşayiət ediblər. İlahi Liturgiyanın sonunda xaç yürüşü keçirildi və uzun illər duaları oxundu. Daha sonra uşaq bazar günü məktəbinin şagirdləri bayrama həsr olunmuş şeirlər və ilahilər ilə mərasim iştirakçılarını təbrik etdi. Yepiskop Aleksiy həzrətləri uşaqlara könül oxşayan çıxışlarına görə təşəkkür etdi və kilsədə toplaşanlara bayram mövzusunda moizə ilə müraciət etdi. Daha sonra kilsənin həyətinə toplaşanların hamısı bayram süfrəsinə dəvət edildi.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
29.12.2024
604Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida
26.12.2024
556Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən
25.12.2024
522Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru
Populyar Xəbərlər
15.07.2026
67Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
21.07.2026
4421 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...
23.08.2026
43Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...