Xəbərlər 2024

Bakı Rus Evində XXXIII Beynəlxalq Təhsil Milad Oxumaların yeparxiya mərhələsinin plenar iclası keçirilib

Bakı Rus Evində XXXIII Beynəlxalq Təhsil Milad Oxumaların yeparxiya mərhələsinin plenar iclası keçirilib

1993-cü ildən bəri hər il Moskvada, Moskva və Bütün Rusiyanın Patriarxının fəxri sədrliyi ilə təhsil, mədəniyyət, sosial xidmət və ruhani-əxlaqi maarifləndirmə sahələrində geniş miqyaslı kilsə və ictimai forum olan Beynəlxalq Milad Təhsil Oxumaları keçirilir. Oxumaların ən mühüm vəzifələrinə pravoslav təhsilinin inkişafı, cəmiyyətin mənəvi-əxlaqi tərbiyəsi, elm və mədəniyyət problemlərinin pravoslav dünyagörüşü baxımından dərk edilməsi, kilsə ilə dövlət arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi daxildir. Oxumalar ənənəvi olaraq iki mərhələdə - regional və ümumkilsə mərhələsində keçirilir. Regional mərhələ Rus Pravoslav Kilsəsinin yeparxiyalarında keçirilir. Ümumkilsə mərhələsi ilin əvvəlində Moskvada keçirilir və Rusiya Federasiyasından, yaxın və uzaq xaricdən 5000-dən çox iştirakçını cəlb edir. 2025-ci ildə XXXIII Beynəlxalq Milad Təhsil Oxumalarının mövzusu “Böyük Qələbənin 80 illiyi: nəsillərin yaddaşı və mənəvi təcrübəsi” dir.

Bu il dekabrın 15-i Bakı Rus Evində ilk dəfə olaraq Bakı yeparxiyasında keçirilən Milad Oxumaların yeparxiya mərhələsinin plenar iclası keçirilib. Təntənəli tədbiri Bakı və Azərbaycan yepiskopu Aleksiy açıb. Yepiskop Aleksiy çıxışında faşizm üzərində qələbənin ümumi işinə töhfə vermiş Azərbaycan oğul və qızlarının mühüm rolunu qeyd edib. “Bu əlamətdar ildə biz Böyük Vətən Müharibəsində iştirak etmiş, Vətən uğrunda canlarından keçmiş və sağ qalıb vətənə qayıdan hər kəsi xüsusi ehtiramla yad edirik”, - deyə yepiskop vurğulayıb. Yepiskop həmçinin “Rossotrudniçestvo” nümayəndəliyinin rəhbəri İrek Zinnurova “Rus evi”nin ərazisində genişmiqyaslı tədbir keçirmək imkanına görə təşəkkür edib.

“İkinci Dünya Müharibəsi illərində azərbaycanlıların müqavimət hərəkatında iştirakı. Yeni adlar və faktlar” mövzusunda məruzə ilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, sosioloq, fəlsəfə elmləri namizədi İlham Abbasov çıxış etdi. Bioetika üzrə Sinodal Komissiyasının katibi, Moskva şəhəri Krapivnikidə müq. Radonejli Sergiy kilsəsinin Patriarx məkanının baş keşişi Aleksandr Abramov “Həqiqət böyükdür və qalib gəlir (Ezra, 4:41) Rus Pravoslav Kilsəsi Böyük Vətən Müharibəsində” mövzusunda məruzə ilə çıxış etdi.

Plenar iclas çərçivəsində “Allahın xilqətinin gözəlliyi” uşaq yaradıcılığı üzrə Beynəlxalq müsabiqəsinin respublika mərhələsinin qalibləri mükafatlandırılıb. Həmçinin Lənkəranlı istedadlı gənc rəssam, Dövlət Rəssamlıq Akademiyasının məzunu Anastasiya Semyonovanın əsərləri də toplaşanların diqqətinə təqdim olundu.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yevdokimov M.N., Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ravkov A.A., Azərbaycanın Rus İcmasının sədri Zabelin M.Y., Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Sultanov A., Azərbaycanın rus icmasının nümayəndələri, Rusiya Federasiyasının və Belarus Respublikasının Azərbaycandakı səfirliklərinin əməkdaşları, Bakı yeparxiyasının ruhaniləri, paytaxt kilsələrinin imanlıları və əməkdaşları, bazar günü məktəblərinin müəllimləri, tələbələr və s.iştirak ediblər.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
392

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
355

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
323

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

Akademik Kamal Abdullayev 75 yaşını qeyd edir
06.12.2025
94
Xəbərlər 2025

Akademik Kamal Abdullayev 75 yaşını qeyd edir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Mərkəzin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdullayevlə görüş keçirilib. Akademik Abdullayevin 75 illik yubileyinə həsr ...

4 Dekabr – Allahın Əqdəs Validəsinin Məbədə gətirilməsi bayramı
04.12.2025
89
Xəbərlər 2025

4 Dekabr – Allahın Əqdəs Validəsinin Məbədə gətirilməsi bayramı

Dekabrın 4-ü Kilsə  Allahın Əqdəs Validəsinin Məbədə gətirilməsi bayramını qeyd edir. Bayramın ərəfəsi axşamı Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində axşam ibadəti ...

Tarixdə ilk dəfə Azərbaycan dilində İlahi Liturgiya keçirilib
20.12.2025
82
Xəbərlər 2025

Tarixdə ilk dəfə Azərbaycan dilində İlahi Liturgiya keçirilib

Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində tarixdə ilk dəfə azərbaycan dilində İlahi Liturgiya keçirildi. Dua və liturgiya mətnlərinin Azərbaycan dilinə tərcüməsi 2022-ci ildə Bakı Yeparxiyasının rəhbəri, ...

Xəbərlər