Xəbərlər 2025
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Müqəddəsləri Bakı və Azərbaycan yepiskopu Aleksini 50 illik yubileyi münasibətilə təbrik edib
Bakı və Azərbaycan yepiskopu Aleksiy həzrətlərinə
Zati-həzrətləri!
Sizi 50 illiyiniz münasibətilə təbrik edirəm.
Siz gənclik illərində özünüzü Allaha xidmətə həsr etmək qərarına gəldiniz və bu çağırışa əməl edərək, doğma Stavropol diyarında Sizə həvalə edilmiş müxtəlif vəzifələri yerinə yetirmək üçün sarsılmaz şövq ilə çalışdınız.
Rəbb Öz müdrik qəzavü-qədəri ilə Sizi Öz tarlasında daha məsuliyyətli işə çağırdı və yepiskopluq püşkünü Sizə həvalə etdi. Sizə həvari vəzinin izzəti ilə aydınlanmış və xristian şəhidlərinin qanı ilə bol sulanmış Azərbaycan torpağında yepiskopluq xidmətini yerinə yetirmək tapşırılıb.Cənubi Qafqazda müqəddəs pravoslavlığın qorunub-saxlanılması, xoş ənənələri mərhum sələfiniz, arxiyepiskop Aleksandr (İşeyin) tərəfindən qoyulmuş dinlərarası dialoqun uğurla inkişafı Rus Pravoslav Kilsəsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Siz, hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün (Kol 1,28), sizə tapşırılan sahədə yeparxiya həyatının inkişafı və imanlıların təqva içində böyüməsinin qayğısına qalırsınız.
Xidmətinizi nəzərə alaraq və yubileyinizin qeyd olunması ilə əlaqədar olaraq, sizi müqəddəs Sarovlu Serafim ordeni (III dərəcəli) ilə təltif etməyi ədalətli hesab edirəm.
Qoy külli-səxavətli Allah Sizi yüksək yepiskop xidmətinin layiqincə yerinə yetirməsində qüvvətləndirsin, gücünüzü təzələsin və əməllərinizdə Sizi müdrik etsin ki, Rəbbin kəlamı bundan sonra da sürətlə yayılıb izzət qazansın (2 Sal 3, 1).
Məsihdə sevgi ilə,
+KİRİLL, MOSKVA VƏ BÜTÜN RUSİYANIN PATRİARXI
Xəbərlər

Bölmənin digər xəbərləri
29.12.2025
299Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy
28.12.2025
300Cəlilabadda xeyriyyə aksiyası
Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk
28.12.2025
31628 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin
Populyar Xəbərlər
13.07.2026
6313 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
57Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
04.07.2026
39Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...