Xəbərlər 2025
Müqəddəs Od Bakıya çatdırıldı
Pasxa Həftəsinin bazar ertəsi Müqəddəs Od Yerusəlimdən Bakıya gətirildi. Od hər il Müqəddəs Şənbə günü Yerusəlimdəki Müqəddəs Məzar Kilsəsində yandırılır və oradan dünyanın müxtəlif yerlərinə daşınır. Müqəddəs Od ilə çıraq Arxangel Mixail (Ali-Mələk Mikayıl) Fondunun prezidenti Yelena İqorevna Milskaya tərəfindən Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinə çatdırıldı. Azərbaycan paytaxtının baş kilsəsində Müqəddəs Odu Bakı və Azərbaycan yepiskopu Aleksiy başda olmaqla yeparxiyanın ruhaniləri və imanlıları qarşılayıblar. Pasxa duasının sonunda yepiskop Aleksiy Yelena Milskayaya Müqəddəs Odun Bakıya gətirilməsi üçün göstərdiyi səylərə görə təşəkkür edərək, onun Azərbaycana sonuncu dəfə 2019-cu ildə gətirildiyini qeyd edib.Yelena İqorevna kafedral kilsəsinə Yerusəlimdə, Müqəddəs Məzar kilsəsində təqdis olunmuş ikona hədiyyə etdi.
Xəbərlər

Bölmənin digər xəbərləri
29.12.2025
256Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy
28.12.2025
260Cəlilabadda xeyriyyə aksiyası
Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk
28.12.2025
27928 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin
Populyar Xəbərlər
22.05.2026
81Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...
20.05.2026
7620 may - Pasxa bayramın son günüdür
Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...
26.05.2026
75Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi ...