Xəbərlər 2025
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Müqəddəsləri Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib
2025-ci il mayın 4-də, Pasxa dövrünün 3-cü Rəbb günü, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Müqəddəsləri Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib. İbadət zamanı Zati-Müqəddəslərini müşayiət ediblər: Bakı və Azərbaycan yepiskopu Aleksiy; Patriarx Müqəddəslərinin şəxsi katibi, Ramensk yepiskopu Aleksiy; Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin fəxri baş keşişi protoiyerey Leonid Miltıx; Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov; iqumen Kirill (Nikitin); Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin baş keşişi protoiyerey Aleksandr Novikov; Bakı yeparxiyasının ruhaniləri.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri M.N. Yevdokimov, Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri D.L. Pineviç, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aslan Sultanov ibadət zamanı kilsədə olublar.
Liturgiya ilahiləri Azərbaycan Respublikasının əməkdar artisti Vaqif Məstanovun rəhbərliyi ilə Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin arxiyerey xoru tərəfindən ifa olunub. Liturgiyada yerli kazak icması, Bakı yeparxiyasının gənclər və ictimai təşkilatlarının nümayəndələri dua ediblər. İbadət “Soyuz” və “Spas” telekanallarında, eləcə də Rus Pravoslav Kilsəsinin Patriarhia.ru rəsmi saytında canlı yayımlanıb. Həmçinin ibadətdən canlı yayım kafedral kilsəsinin ərazisində quraşdırılmış böyük ekranlarda nümayiş etdirildi. İncil Azərbaycan və kilsə slavyan dillərində oxunmuş, bəzi dualar və ilahilər azərbaycan dilində oxunmuşdur. Birlik ayinindən öncə vəzi Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi protoiyerey Mefodiy Əfəndiyev oxudu.
Liturgiyanın sonunda Bakı və Azərbaycan yepiskopu Aleksiy Patriarx Müqəddəslərini salamladı və Bakı Yeparxiyası tərəfindən nəşr edilmiş Azərbaycan dilində ilk İbadət İncilin nüsxəsini Zati-Müqəddəslərinə təqdim etdi. Patriarx Kirill mərasim iştirakçılarına Böyük Öndər nəsihəti ilə müraciət etdi. Patriarx Müqəddəsləri yepiskop Aleksiyə xaç və panagiya hədiyyə etdi və kilsəyə Məsihin Dirilməsi ikonasını bağışladı.
Şövqlü arxıpastır əməyini nəzərə alaraq və anadan olmasının 50 illiyi ilə əlaqədar Bakı və Azərbaycan yepiskopu Aleksiy 3-cü dərəcəli Müqəddəs Sarovlu Serafim ordeni ilə təltif edildi.
İmanlılara Patriarx xeyir-duası ilə Məsihin Dirilməsi kiçik ikonaları hədiyyə edildi. Daha sonra Bakı yeparxiyasının Pravoslav Dini-Mədəni mərkəzində Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri M.N. Yevdokimov ilə görüşdü.
Xəbərlər

Bölmənin digər xəbərləri
29.12.2025
299Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy
28.12.2025
300Cəlilabadda xeyriyyə aksiyası
Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk
28.12.2025
31828 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin
Populyar Xəbərlər
13.07.2026
6313 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
57Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
04.07.2026
39Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...