Xəbərlər 2025

Bakıda “Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Xristianlıq Azərbaycanda qədim tarixə malikdir. İndiki Azərbaycan ərazisinin əhəmiyyətli hissəsini tutan dövlət olan Qafqaz Albaniyasında xristianlığın yayılmasının ilkin dövrü Rəbb İsa Məsihin şagirdləri, həvarilər Varfolomey və Faddeyin, habelə həvari Faddeyin şagirdi müqəddəs Elişanın fəaliyyəti ilə bağlıdır. İki min il ərzində bərəkətli Azərbaycan torpağı burada digər dini konfessiyaların nümayəndələri ilə sülh və harmoniya şəraitində yaşayan bir çox xristian nəsillərinin vətəninə çevrilib. Bu gün Azərbaycanda xristianları Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Katolik Kilsəsinin Apostol Prefekturası, Alban-Udi xristian icması, molokan icması və bir sıra protestant icmaları tərəfindən təmsil edilir.

“Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər” mövzusunda keçirilən dəyirmi masanın təşəbbüskarı kimi Bakı və Azərbaycan Yeparxiyası, ölkənin digər xristian icmaları ilə əməkdaşlıqda, çıxış edib. Tədbirdən əvvəl toplaşanlara Azərbaycandakı xristian icmalarının həyatına həsr olunmuş tematik fotosərgi nümayiş etdirilib. Dəyirmi masa Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə açılıb.

Açılış nitqi ilə çıxış edən Bakı və Azərbaycan yepiskopu Aleksiy tədbirin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilməsi imkanına görə Mərkəzin icraçı direktoru Rəvan Həsənova təşəkkür edib. Rəvan Həsənov öz növbəsində qeyd edib ki, xristian icmaları ilə əməkdaşlıq, onların mədəniyyətinin və dini irsinin öyrənilməsi, eləcə də beynəlxalq səviyyədə təmsil olunması BBMM-in fəaliyyətinin mühüm tərkib hissəsidir. Dəyirmi masa iştirakçılarını Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının general-vikarisi Yozef Marek salamlayıblar. Məruzələri Bakı və Azərbaycan yepiskopu Aleksiy, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev, Azərbaycan Bib Cəmiyyətinin sədri Rasim Xəlilov və Azərbaycan Yevangelist Lüteran İcmasının nümayəndəsi Vera Nesterova təqdim etmişlər. Dəyirmi masa iştirakçılarına Azərbaycanda pravoslav kilsələrinin tarixindən və Azərbaycan Bibliya Cəmiyyətinin fəaliyyətindən bəhs edən videoçarxlar təqdim olunub. Tədbirin sonunda yekun sənəd qəbul edilib.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
29.12.2025
299

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy

Cəlilabadda xeyriyyə aksiyası
28.12.2025
300

Cəlilabadda xeyriyyə aksiyası

Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
28.12.2025
318

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı

Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
63
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
57
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Yepiskop Aleksiy  Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
04.07.2026
39
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib

4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...

Xəbərlər