Xəbərlər 2025

Uşaq bazar günü məktəblərinin şagirdləri üçün “Yay düşərgəsi” təşkil olunub

Uşaq bazar günü məktəblərinin şagirdləri üçün “Yay düşərgəsi” təşkil olunub

Avqustun 11-12-də Bakı və Azərbaycan yepiskopu Aleksinin xeyir-duası ilə Astara şəhərində uşaq bazar günü məktəblərinin şagirdləri üçün “Yay düşərgəsi” təşkil olunub. Layihə əvvəlki illərdə olduğu kimi, Yeparxiyanın İctimai təşkilatlarla qarşılıqlı əlaqə şöbəsi rəhbərinin təşəbbüsü, VTB-Azərbaycan Bankının sponsorluğu və Azərbaycan Rusdilli Gənclər Assosiasiyasının (ARMA) könüllülərinin iştirakı ilə həyata keçirilib.

Uşaqlar iki gün ərzində ARMA könüllüləri tərəfindən hazırlanmış müxtəlif ustad dərslərində və təlimlərdə iştirak ediblər. Layihənin gənc iştirakçıları üçün maliyyə savadlılığı, investisiyalarda analitikanın rolu və kibertəhlükəsizliyin əsaslarına həsr olunmuş dərslər, rəsm, heykəltaraşlıq, həmçinin idman oyunları və yarışlar keçirilib. Səyahət zamanı böyüklər və uşaqlar “Əhdi-Cədidin səhifələri” viktorinasında iştirak ediblər. 
“Yay düşərgəsinin” bağlanış mərasimində yeparxiyanın İctimai təşkilatlarla qarşılıqlı əlaqə şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev və VTB-Azərbaycan bankının PR meneceri Sədrəddin Ağcayev layihədə fəal iştiraklarına görə uşaqlara təşəkkür edib və onlara xatirə hədiyyələri təqdim ediblər. 

“Yay düşərgəsi” layihəsində Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin, Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin və Ali-Mələk Mikayıl kilsəsinin uşaq məktəblərinin şagirdləri, 1-ci və 2-ci Qarabağ müharibəsi qazi ailələrinin uşaqları, həmçinin aztəminatlı ailələrdən olan uşaqlar iştirak ediblər.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
29.12.2025
303

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy

Cəlilabadda xeyriyyə aksiyası
28.12.2025
303

Cəlilabadda xeyriyyə aksiyası

Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
28.12.2025
320

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı

Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin

Xəbərlər