Xəbərlər 2025

Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsində taxt-tac bayramı keçirilib

Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsində taxt-tac bayramı keçirilib

Bakı və Azərbaycan yepiskopu Aleksiy Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsinin taxt-tac bayramı ibadətlərinə başçılıq edib. Yepiskopu Bakı yeparxiya idarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov, Lənkəran kilsəsinin baş keşişi protoiyerey Aleksandr Astaşkin, Bakı Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin ruhaniləri iqumen Kirill (Nikitin), keşiş Maksim Medvedev, protodiakon Vadim Tokarev müşayiət ediblər. İlahi Liturgiyadan sonra yepiskop Aleksiy bütün toplaşanları bayram günü münasibətilə təbrik etdi və onlara vəz ilə müraciət etdi.

Taxt-tac bayramı münasibətilə prixod şurasının üzvləri və kilsə əməkdaşları Yelena Myastsova, Tatyana Əsgərova, Əliisa Əsgərov və şəhər administrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sərxan Alışov Kilsə naminə səylərinə görə Bakı yeparxiyasının təşəkkürnamələri və arxiyerey fəxri fərmanları ilə təltif edildilər.