Xəbərlər 2025

Yepiskop Aleksiy Xaçmazda kilsə taxt-tac bayramına başçılıq edib

Yepiskop Aleksiy Xaçmazda kilsə taxt-tac bayramına başçılıq edib

Dekabrın 19-u  Kilsə Müqəddəs Ecazkar  Nikolayın xatirəsini anır. Həmin gün Xaçmaz şəhəri Müqəddəs  Ecazkar Nikolay kilsəsinin icması özünün taxt-tac bayramını qeyd edir. Xaçmaz kilsəsində bayram İlahi Liturgiyasına Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi Xaçmazdakı Müqəddəs Nikolay kilsəsinin baş keşişi iyeromonax Georgiy Budaqov, Bakı Yeparxiyasının katibi protoiyerey Dionisiy Sveçnikov, Bakının Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin baş keşişi Aleksandr Novikov, Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin ruhaniləri iqumen Kirill (Nikitin) və protodiakon Vadim Tokarev müşayiət ediblər. İlahi Liturgiya ilahilərini Nelya İsrafilovanın rəhbərliyi altında Bakı Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin ifaçılarl səsləndiriblər. Bayramda iştirak etmək üçün Bakı yeparxiyasının zəvvarlıq üzrə çöbəsi tərəfindən Bakıdan və Sumqayıtdan 50 nəfər zəvvarın Xaşmaza səfəri təşkil olunmuşdur.  İbadətdən sonra yepiskop kilsədə  toplaşanlara bayramın mövzusu ilə bağlı vəzlə müraciət etdi..



Xəbərlər


Bölmənin digər xəbərləri

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
29.12.2025
299

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy

Cəlilabadda xeyriyyə aksiyası
28.12.2025
300

Cəlilabadda xeyriyyə aksiyası

Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
28.12.2025
318

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı

Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
63
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
57
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Yepiskop Aleksiy  Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
04.07.2026
39
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib

4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...

Xəbərlər