Xəbərlər 2025
Tarixdə ilk dəfə Azərbaycan dilində İlahi Liturgiya keçirilib
Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində tarixdə ilk dəfə azərbaycan dilində İlahi Liturgiya keçirildi. Dua və liturgiya mətnlərinin Azərbaycan dilinə tərcüməsi 2022-ci ildə Bakı Yeparxiyasının rəhbəri, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktın xeyir-duası ilə arximandrit Aleksinin (Nikonorovun) rəhbərlik etdiyi işçi qrupu tərəfindən başlanılmışdır. Əsas tərcümə işi Əli (Luka) Aslanlı və Toral (Pavel) Ağayev tərəfindən həyata keçirilib. 2024-cü ilin mart ayında Azərbaycan dilində pravoslav dua kitabı nəşr olundu.
Dua mətnlərinin tərcüməsi Bakı və Azərbaycan yepiskopu Aleksinin xeyir-duası və fəal dəstəyi ilə davam etdirildi. Vəftiz, Məshetmə, dəfn ayinləri və bir neçə akafistlərin mətnləri azərbaycan dilinə tərcümə edildi. Bu iş, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Müqəddəsləri tərəfindən 2025-ci ilin may ayında Bakıya səfəri zamanı yüksək qiymətləndirilmişdir.
Tərcümələrlə yanaşı, İlahi Liturgiya ilahilərinin musiqi notlarına köçürülməsi kimi mürəkkəb işi Stavropol şəhəri Müqəddəs Vladimir kilsəsinin xor təhbəri, və Bakı şəhərində anadan olmuş Emil Mirzoyev həyata keçirmişdir. Bu, İlahi Liturgiyanı ilk dəfə olaraq azərbaycan dilində keçiriməsini mümkün etdi. İbadətə Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin baş keşişi protoiyerey Dionisiy Sveçnikov başçılıq edib. Ata Dionisini protoiyerey Konstantin Pominov, keşiş Maksim Medvedev, protodiakon Vadim Tokarev və diakon Veniamin Sultanov müşayiət ediblər. İbadətdə Bakı və Azərbaycan yepiskopu Aleksiy də iştirak edib. İlahi Liturgiyanın ilahilərini Nelli İsrafilovanın rəhbərlik etdiyi kafedral kilsənin xoru ifa edib. Kilsədə pravoslav azərbaycanlılar dua ediblər. Onlar üçün bütün liturgiyanı ana dilində eşitmək imkanı böyük bir sevincə səbəb oldu.
Xəbərlər

Bölmənin digər xəbərləri
29.12.2025
219Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy
28.12.2025
227Cəlilabadda xeyriyyə aksiyası
Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk
28.12.2025
24728 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin
Populyar Xəbərlər
12.04.2026
120Bakıda Pasxa bayramı
Azərbaycanın pravoslav icması Məsihin Nurlu Dirilməsi bayramını qeyd edir. Pasxa günü, Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən təntənəli ibadətlərə Bakı və Azərbaycan yepiskopu Aleksiy ...
08.04.2026
90Müqəddəs Çərşənbə günündə yepiskop Aleksiy kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib
Müqəddəs Həftənin çərşənbə günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib. ...
07.04.2026
817 aprel – Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramı
Aprelin 7-də Kilsə Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramını qeyd edir. Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində keçirilən ərəfə İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. ...