Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Azərbaycanın Dini Konfessiyaların Məşvərət Şurasının Ümumi İclası keçirilib
Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanın Dini Konfessiyaların Məşvərət Şurasının qarşıdan gələn növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə həsr olunmuş Ümumi İclası keçirilib.
Toplantıya Qafqaz Müsəlmanlarının dini lideri şeyxülislam Allahşükür Paşazadə başçılıq edib. Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, ölkənin ənənəvi dini konfessiyalarının rəhbərləri, Azərbaycan, Gürcüstan və Dağıstan islam icmalarının nümayəndələri iştirak ediblər.
Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov) iclas iştirakçılarına müraciət edərək Azərbaycan dövlətçiliyinin yaranması və ölkənin gələcəyi yolunda 1990-cı ilin 20 yanvar qanlı hadisələri zamanı canlarından keçmiş Azərbaycanın oğul və qızlarının şücaətinin xüsusi əhəmiyyətini qeyd etdi. Yeparxiya nümayəndəsi öz çıxışında ümummilli lider Heydər Əliyevin sülhün bərqərar olunmasında, millətlər arası və dinlərarası ümumi gələcək naminə qarşılıqlı əməkdaşlığın əsaslarının yaradılmasında xüsusi tarixi rolunu vurğuladı, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi sivilizasiya uğurlarını qeyd etdi.
İclasın yekunlarına əsasən növbədənkənar prezident seçkiləri ərəfəsində dini konfessiya rəhbərlərinin birgə müraciəti qəbul edildi.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
27.06.2026
4Bazar məktəblərinin şagirdləri Lənkəran rayonuna səfər ediblər
Tədris ilinin başa çatması münasibətilə Bakı şəhərində fəaliyyət göstərən pravoslav kilsələrinin bazar məktəblərinin şagirdləri üçün, Bakı və Azərbaycan yepiskopu Aleksiy xeyir-duası ilə, Yeparxiyanın
25.06.2026
6Yepiskop Aleksiy qanvermə aksiyasında iştirak edib
Qafqaz Müsəlmanları İdarəsi tibbi səbəblərə görə qan köçürülməsinə ehtiyacı olanlar üçün qanvermə xeyriyyə aksiyası keçirib. Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri arasında
24.06.2026
10Bakıda Həvari Bartalmayın anma günü qeyd edilib
24 iyun tarixində, Bakı şəhərinin səmavi himayədarı müqəddəs həvari Bartalmayın xatirəsi günündə Qız Qalasının yaxınlığında müqəddəsin şərəfinə akafistin oxunuşi ilə müşayiət olunan dua mərasimi keçirilib. Ənənəyə
Populyar Xəbərlər
22.05.2026
75Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...
20.05.2026
7420 may - Pasxa bayramın son günüdür
Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...
26.05.2026
69Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi ...