Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Arxiyepiskop Feofilakt Bakının kafedral kilsəsində İlahi Liturgiya ibadətini keçirib

Arxiyepiskop Feofilakt Bakının kafedral kilsəsində  İlahi Liturgiya ibadətini keçirib

Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya ibadətini keçirib. Arxiyereyi  Yeparxiyanın ruhaniləri müşayiət edib. İbadət zamanı bəzi ilahilər, yekteniyalar, dualar və İncil Azərbaycan dilində səslənib. Liturgiyanın sonunda arxiyepiskop həzrətləri ibadətə toplaşanlara arxipastır nəsihəti ilə müraciət edib.

Həmin gün arxiyepiskop Feofilakt Yeparxiya ruhaniləri ilə birlikdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib və dirçəldilmiş Bakı Yeparxiyasının birinci arxiyereyi - arxiyepiskop Aleksandrın (İşeinin) məzarı önündə mərhumlar üçün dua ibadəti (litiya) keçirib.