Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakıda “Dinlərarası harmoniya” festivalı keçirilib
Martın 8-də Bakıda «Passage 1901» pavilyonunda «Dinlərarası Harmoniya» festivalının açılışı olub. Tədbir Azərbaycanda fəaliyyət göstərən dini icmalar tərəfindən təşkil edilib.
Festivalın açılışında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı tədbir iştirakçılarını salamlayıb. Nümayiş olunan xüsusi hazırlanmış stendlər vasitəsilə paytaxtın sakinləri və qonaqları dini icmaların tarixi və müasir həyatı ilə yaxından tanış olublar, icma nümayəndələri ilə ünsiyyət qurmaq imkanı əldə ediblər. Bu günlərdə Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları festivalın fəxri qonaqları olub.
Tədbirin qonaqlarına multikulturalizmin Azərbaycan modelini əks etdirən videoçarxlar və dini icmalar tərəfindən hazırlanmış musiqili proqram təqdim olunub. Pravoslav ilahilər Kristina Əfəndiyevanın rəhbərliyi altında Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin xoru tərəfindən ifa olunub.
Bakı Yeparxiyasını tədbirdə Yeparxiyanın ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev və Yeparxiya ruhaniləri iyerey Rostislav Şahvələdov və diakon Rustik Şerstnev təmsil ediblər.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
07.01.2026
15Yepiskopu Aleksiy kafedral kilsəsində böyük axşam ibadətini keçirib
Yanvarın 7-i, axşam, Məsihin Miladı Bayramı günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy, Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində böyük axşam ibadətini keçirib. Arxiyereyi kafedral
07.01.2026
18Milad Bayramı günündə yepiskop Aleksiy kafedral kilsədə İlahi Liturgiya keçirib
Məsihin Mövludu (Milad) Bayramı günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində gecə ayini və İlahi Liturgiyanı keçirib. Gecə ibadətindən öncə yepiskop
06.01.2026
21Bakı və Azərbaycan yepiskopu Aleksinin Milad müraciəti
Bakı v ə Az ə rbaycan yepiskopu ALEKS İNİN Bakı v ə Az ə rbaycan yeparxiyas ı n ı n ruhanil ə ri, imanlıları v ə b ü t ü n sadiq ö vladlar ı na MİLAD MÜRACİ Ə T İ M ə sihd ə sevil ə n möht ərəm atalar, ə ziz qarda ş
Populyar Xəbərlər
21.11.2025
103Yepiskop Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin böyük təqdis mərasimini keçirib
21 noyabrda Kilsə Allahın Ordularının Sərkərdəsi Ali-Mələk Mikayıl və digər Cisimsiz Səmavi Qüvvələrin bayramını qeyd edir. Bu, 2025-ci ildə Bakı yeparxiyasının 180 illik yubileyini qeyd edəcəyi Bakıdakı Ali-Mələk Mikayıl Kilsəsinin taxt-tac ...
12.11.2025
70Bakıda "Biz birlikdə güclüyük" adlı konfrans keçirilib
Bakıda 44 günlük Vətən Müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş "Biz birlikdə güclüyük" adlı konfrans Bakıda keçirilib. Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ...
20.11.2025
66Allahın Ordularının Sərkərdəsi Müqəddəs Ali-Mələk Mikayıl bayramı ərəfəsində, yepiskop Aleksiy axşam ibadətini icra etdi
Allahın Ordularının Sərkərdəsi Müqəddəs Ali-Mələk Mikayıl və Cisimsiz Səmavi Qüvvələrin bayramı ərəfəsində, Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhərin Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində axşam ibadətini icra ...