Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Yepiskop Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin böyük təqdis mərasimini keçirib
21 noyabrda Kilsə Allahın Ordularının Sərkərdəsi Ali-Mələk Mikayıl və digər Cisimsiz Səmavi Qüvvələrin bayramını qeyd edir. Bu, 2025-ci ildə Bakı yeparxiyasının 180 illik yubileyini qeyd edəcəyi Bakıdakı Ali-Mələk Mikayıl Kilsəsinin taxt-tac bayramıdır.
Ali-Mələk Mikayıl kilsəsi Azərbaycanda fəaliyyət göstərən ən qədim pravoslav kilsəsidir. Onun haqqında sənədləşdirilmiş ilk qeydlər 1845-ci ilə aiddir. Kilsə əvvəllər hərbi kilsələrin bir hissəsi olmuş və Xəzər Donanmasının nəzarətində olduğundan “Donanma” kilsəsi adlandırılmışdır. Daha sonra donanmanın ehtiyacları üçün Bakı limanında müqəddəs Moskvalı Aleksiy adına yeni kilsə inşa edilmiş, köhnə donanma kilsəsinin binası isə 206-cı Salyan piyada alayının nəzarətinə verilmişdir. 1892-ci ildə binada təmir işləri aparılmış və yeni kilsə Ali-Mələk Mikayılın şərəfinə təqdis edilmişdir. 1936-cı ildən 1946-cı ilə qədər kilsə bağlanmış və yataqxana kimi istifadə olunmuşdur.
2020-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ali-Mələk Mikayıl kilsəsində genişmiqyaslı təmir və bərpa işləri aparılmışdır. Lakin koronovirus pandemiyası və arxiyepiskop Aleksandrın (İşein) vəfatı səbəbindən kilsə təmir işləri başa çatdıqdan dərhal sonra təqdis edilə bilməmişdir.
Bakı yeparxiyasının Yeparxiya Şurasının iclasında kilsənin təqdis mərasiminin onun 180 illiyinin qeyd olunması ilə üst-üstə düşməsinə qərar verilmişdir. Bakı və Azərbaycan yepiskopu Aleksiy kilsənin Böyük Təqdis Mərasimini və İlahi Liturgiyanı onun taxt-tac bayramı günündə keçirmişdir. Yepiskopu Bakı şəhəri müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin baş keşişi protoiyerey Dionisiy Sveçnikov, Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin baş keşişi protoiyerey Aleksandr Novikov, Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi Mefodiy Əfəndiyev, Stavropol yeparxiyasının Svetloqrad dekanlığının dekanı protoiyerey İoann Leşina, Donskaya Balka kəndindəki Allahın Əqdəs Validəsinin Kazan İkonası kilsəsinin baş keşişi iyerey Roman Leşina, Novoçerkasskdakı Patriarxlıq Merac hərbi ümumkazak kilsəsinin dyakonu Arkadiy Dudarov və Bakı yeparxiyasının digər ruhaniləri müşayiət ediblər.
İbadətdən sonra yepiskop Aleksiy iştirakçılara təbrik və arxipastır nəsihətləri ilə müraciət etmişdir. Bayramda kilsədə iştirak edənlərə Bakı yeparxiyası tərəfindən Ali-Mələk Mikayıl kilsəsinin yubileyi münasibətilə hazırlanmış 2026-cı il təqvimi paylanmışdır.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
17.05.2026
13Arxiyerey kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pasxa dövrünün 6-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib.
15.05.2026
14Yepiskopu Aleksiy Aşağı Arxızın müqəddəs məkanlarını ziyarət edib
Bakı və Azərbaycan yepiskopu Şimali Qafqazın xüsusi ehtiram edilən pravoslav müqəddəs məkanlarını - Məsihin Arxız Surətini və Böyük Zelençuk çayının dərəsində yerləşən X əsrə aid alan kilsələrini ziyarət
14.05.2026
15Stavropol seminaristlərinə Azərbaycanda xristianlıq haqqında danışılıb
Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov Stavropol Ruhani Seminariyasında “Azərbaycanda xristianlıq: tarixi və müasir dövr” mövzusunda məruzə ilə çıxış edib. Seminaristlər məruzəni
Populyar Xəbərlər
12.04.2026
97Bakıda Pasxa bayramı
Azərbaycanın pravoslav icması Məsihin Nurlu Dirilməsi bayramını qeyd edir. Pasxa günü, Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən təntənəli ibadətlərə Bakı və Azərbaycan yepiskopu Aleksiy ...
08.04.2026
79Müqəddəs Çərşənbə günündə yepiskop Aleksiy kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib
Müqəddəs Həftənin çərşənbə günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib. ...
07.04.2026
727 aprel – Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramı
Aprelin 7-də Kilsə Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramını qeyd edir. Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində keçirilən ərəfə İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. ...