Bakı yeparxiyasının kilsələri

Bakı şəhərin Ali Mələk Mikayıl kilsəsi

Bakı şəhərin Ali Mələk Mikayıl kilsəsi

Şəhərin indiyə qədər qorunub saxlanmış ən qədim kilsəsidir, 1845-ci ildə inşa edilib. Yarandığı gündən kilsə səyyar hərbi kilsələrə aid olmuş, Xəzər donanmasının sərəncamında olmuş və buna görə də “donanma kilsəsi” adlandırılırdı. Kilsə donanma ekipajının Bakıda bayır-şəhərdə yerləşdirilmiş hərbi xəstəxanasının yanında inşa edilmişdir. Bakı qalasının 1854-cü il tarixli baş planının məlumatlarına əsasən kilsə Müqəddəs Məryəmin ölüm gününə həsr olunmuşdur. Sonralar, donanma ekipajı Bayıl burnundakı limana köçürüldükdən və orada müqəddəs Aleksiy Moskovskinin şərəfinə kilsə inşa edildikdən, köhnə kilsənin bütün avadanlığı yenisinə daşındıqdan sonra, boş qalmış kilsə binası donanmanın sərəncamından hərbi sərəncama verilmişdir. Məbəd 206-cı piyada Səlyan alayına təhkim olunmuş və onun sərəncamında olan Mixail Arxangelin şərəfinə səyyar kilsənin boş qalan köhnəlmiş binada yerləşdirilməsi nəzərdə tutulmuşdur. İrimiqyaslı təmir işləri aparılmış və 1892-ci ildə abadlaşdırılmış məbədə Mixail Arxangelin adı verilmişdir. Lakin xalq arasında kilsə elə donanma kilsəsi adlandırılmış, indiyə qədər də bu ad qorunub saxlanmışdır.

1936-cı ildən 1946-cı ilədək kilsə bağlı olmuş və orada yataqxana yerləşdirilmişdir.

1966-cı ildə kilsədə yanğın baş vermiş və nəticədə bina xeyli zərər görmüşdür (yalnız aşağı mərtəbələr və divarlar qalmışdır). Bərpa işləri başa çatdıqdan sonra Moskva və bütün Rusiyanın patriarxı I Aleksiyin xeyir-duası ilə kilsəyə Moskvadan fövqəladə gözəlliyə malik, Palex sənətkarlarına aid üçyaruslu oyma ikonostas, müqəddəs Kiril və Mefodinin və knyaz Vladimirlə knyaginya Olqanın ikonaları ilə iki kiot hədiyyə edilmişdir. Möminlər kilsəni çoxlu qədimi obrazlarla bəzəmişdir.

2001-ci il may ayının 25-də Azərbaycana baş keşiş kimi ilk səfəri zamanı Moskva və bütün Rusiyanın patriarxı II Aleksiy Ali Mələk Mikayıl kilsəsini ziyarət etmiş və orada ibadət etmişdir.

2020-2021-ci illərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Mixael Arxangel kilsəsi kompleksi tamamilə yenidən qurulmuş və bərpa edilmişdir.

Kilsə kompleksində Apostol Varfolomeyin adı verilmiş aşağı kilsə də mövcuddur.

 

Baş keşiş – protoierey Mefodiy Əfəndiyev.

İbadətlər hər gün səhər və axşam keçirilir.

Ünvan: Bakı ş., Zərgərpalan küçəsi 38

 

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı şəhərin Müqəddəs Mürr-daşıyan Zənənlər baş kilsəsi
25.11.2021
5299

Bakı şəhərin Müqəddəs Mürr-daşıyan Zənənlər baş kilsəsi

Məbəd 1909-cu ildə 206-cı piyada Səlyan alayının kilsəsi kimi inşa edilmişdir. İlkin olaraq ona Arxangel Mixail adı verilmişdir. Sövet dövründə kilsə ilk bağlanan kilsələrdən biri olmuşdur – 1920-ci ildə. Bina qeyri-təyinatı

Bakı şəhərin Müqəddəs Məryəmin Mövludu kilsəsi
25.11.2021
3129

Bakı şəhərin Müqəddəs Məryəmin Mövludu kilsəsi

Müqəddəs Məryəmin Mövludu kilsəsi 1896-cı ildə xeyriyyə vəsaitləri hesabına inşa edilmiş və ilkin olaraq Stanislavski (Azadlıq pr.) və Balaxanı (Füzuli) küçələrinin kəsişməsində yerləşmişdir. Kilsə

Gəncə şəhərin müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsi
25.11.2021
2480

Gəncə şəhərin müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsi

Bu kilsə haqqında məlumat çox azdır. Yalnız məlumdur ki, o, 1887-ci ildə həm yerli pravoslav, həm də müsəlmanların xeyriyyə vasitələri üçün qədim qəbristanlığın yerində tikilib. 1916-ci ilin məlumatlarına əsasən, Gəncə

Xəbərlər

Populyar Xəbərlər

20 may - Pasxa bayramın son günüdür
20.05.2026
74
Yeparxiya xəbərləri

20 may - Pasxa bayramın son günüdür

Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
22.05.2026
73
Yeparxiya xəbərləri

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur

Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay  kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...

Nic kəndində Müqəddəs Elişanın xatirəsi anılıb
03.05.2026
65
Yeparxiya xəbərləri

Nic kəndində Müqəddəs Elişanın xatirəsi anılıb

Müqəddəs Elişa, Həvari Taddayın şagirdi və Qafqaz Albaniyasında İncilin ilk təbliğçisi idi. Qədim dövrlərdən bəri Cənubi Qafqaz ərazisində bu müqəddəsə çoxlu kilsələr həsr olunmuşdur. Onlardan biri də Qəbələ rayonunun Nic ...

Xəbərlər