Bakı yeparxiyasının kilsələri

Bakı şəhərin Müqəddəs Məryəmin Mövludu kilsəsi

Bakı şəhərin Müqəddəs Məryəmin Mövludu kilsəsi

Müqəddəs Məryəmin Mövludu kilsəsi 1896-cı ildə xeyriyyə vəsaitləri hesabına inşa edilmiş və ilkin olaraq Stanislavski (Azadlıq pr.) və Balaxanı (Füzuli) küçələrinin kəsişməsində yerləşmişdir. Kilsə görünüşcə Üç üqnum-Sergiyev lavrasının yeməkxana kilsəsinə oxşayırdı. Bina rus-bizans üslubunda inşa edilmiş və gözəlliyinə görə şəhərin ən yaxşı binaları arasında ilk yerlərdən birini tuturdu. Kilsə kompleksinə kilsədən başqa məktəb və zəhmətsevərlik evi də daxil idi.

1925-ci ildə SSRİ-də ilk elektrikləşdirilmiş dəmiryolunun Sabunçu vağzalının tikintisi ilə əlaqədar olaraq kilsə yaxınlığında yerləşən bütün tikililərlə birlikdə sökülmüşdür. Onun əvəzinə 1926-cı ildə Yuxarı Priyut (Şamil Əzizbəyov) küçəsində yeni kilsə inşa edilmiş və indiyə qədər də orada yerləşir. 28 aprel 1926-cı ildə böyük müqəddəsləşdirmə mərasimini mitropolit Pyotr (Sergeyev) icra etmişdir.

Daha sonra, 1937-ci ildə kilsə bağlanmış və kazarma kimi istifadə edilmişdir. 1944-cü ildə bina Rusiya Pravoslav Kilsəsinə verilmiş və kilsəyə Stavropol-Bakı Yeparxiyasının kafedral kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycanın pravoslav kilsələrinin keşişi protoierey Sergiy Kazanskinin əməyi sayəsində kilsənin yanında müqəddəs Sergiy Radonejskinin şərəfinə əlavə tikili inşa edilmişdir.

1997-ci ildə kilsəni bütün Gürcüstanın müqəddəs Patriarx-Katolikosu II İliya ziyarət etmişdir.

2001-ci ildə kilsəni Moskva və bütün Rusiyanın patriarxı II Aleksiy ziyarət etmiş və bütün gecə oyaq qalma mərasimini keçirmişdir.

2019-2021-ci illərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə kilsədə kilsə kompleksinin inşası və yenidən qurulması üzrə irimiqyaslı işlər aparılmışdır. Kilsə tamamilə bəzədilmiş, daşdan oyma ikonostas və kivotlar quraşdırılmış, prixod evi inşa edilmişdir. 14 noyabr 2019-cu ildə Moskva və bütün Rusiyanın müqəddəs patriarxı Kiril kilsəni ziyarət etmiş və işlərin gedişi ilə tanış olmuşdur.

Kilsədə Müqəddəs Məryəmin “Dostoyno yest”, müqəddəs Möcüzə göstərən Nikolayın və Şəfa verən Panteleimonun ehtiramla anılan, XIX əsrdə Müqəddəs Afon dağında yazılmış ikonaları vardır.

 

Baş keşiş: protoierey Aleksandr Novikov.

İbadətlər hər gün (bazar ertəsindən başqa) səhər və axşam keçirilir.

Ünvan: Bakı ş., Şamil Əzizbəyov küçəsi 205

 

 



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı şəhərin Müqəddəs Mürr-daşıyan Zənənlər baş kilsəsi
25.11.2021
5384

Bakı şəhərin Müqəddəs Mürr-daşıyan Zənənlər baş kilsəsi

Məbəd 1909-cu ildə 206-cı piyada Səlyan alayının kilsəsi kimi inşa edilmişdir. İlkin olaraq ona Arxangel Mixail adı verilmişdir. Sövet dövründə kilsə ilk bağlanan kilsələrdən biri olmuşdur – 1920-ci ildə. Bina qeyri-təyinatı

Bakı şəhərin Ali Mələk Mikayıl kilsəsi
25.11.2021
3609

Bakı şəhərin Ali Mələk Mikayıl kilsəsi

Şəhərin indiyə qədər qorunub saxlanmış ən qədim kilsəsidir, 1845-ci ildə inşa edilib. Yarandığı gündən kilsə səyyar hərbi kilsələrə aid olmuş, Xəzər donanmasının sərəncamında olmuş və buna görə də “donanma kilsəsi”

Gəncə şəhərin müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsi
25.11.2021
2534

Gəncə şəhərin müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsi

Bu kilsə haqqında məlumat çox azdır. Yalnız məlumdur ki, o, 1887-ci ildə həm yerli pravoslav, həm də müsəlmanların xeyriyyə vasitələri üçün qədim qəbristanlığın yerində tikilib. 1916-ci ilin məlumatlarına əsasən, Gəncə

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
49
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
40
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Pravoslav gənclər Lənkərandakı Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət ediblər
20.06.2026
33
Yeparxiya xəbərləri

Pravoslav gənclər Lənkərandakı Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət ediblər

Bakı Yeparxiyasının zəvvarlıq şöbəsinin təşkilatçılığı ilə pravoslav gənclər üçün yeparxiyanın ən cənub prixodu olan Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsinə səfər təşkil olunub. ...

Xəbərlər