Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Bakı kilsəsinin xor kollektivinin bədii rəhbəri “Regentlik ustalığı” Beynəlxalq müsabiqəsində iştirak edib

Bakı kilsəsinin xor kollektivinin bədii rəhbəri “Regentlik ustalığı” Beynəlxalq müsabiqəsində iştirak edib

Mayın 17-dən 19-dək Moskvada “Regentlik ustalığı” Beynəlxalq Müsabiqəsinin ikinci və yekun mərhələsi keçirilib. Müsabiqə Moskva və Bütün Rusiyanın Patriarxı yanında Rus kilsə ifaçılığı sənətinin inkişafı üzrə Kilsə-İctimai Şurası, Yeloxovo Zühur kafedral kilsəsi və Solntsevo müqəddəs Radonejli Sergiy kilsəsinin təşkilatçılığı ilə keçirilib.

Müsabiqənin yekun mərhələsi mayın 17-də Moskva Dövlət Universitetinin Böyük Şəhid Tatyana kilsəsində baş tutub. Yarışçılar ciddi şəkildə müəyyən edilmiş müddət ərzində Zühur və Radonejli Sergiy kilsələrinin xorları ilə Liturgiya ilinin iki ilahisi üzərində işi nümayiş etdirməli idilər. Münsiflər heyəti müsabiqənin qaliblərini müəyyən edərək, Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin xor regenti Kristina Əfəndiyevanı ΙΙΙ dərəcəli laureat adına layiq gördülər.

Mayın 18-də Moskva Sinodal Xorunun bədii rəhbəri və baş dirijoru Aleksey Aleksandroviç Puzakov tərəfindən müsabiqə iştirakçıları üçün ustad dərsi keçirilib.

Mayın 19-da, müqəddəs Mürr-Daşıyan Zənənlər həftəsində, müsabiqənin laureatları Solntsevo müqəddəs Radonejli Sergiy kilsəsində keçirilən İlahi Liturgiya zamanı növbə ilə məşhur "Artos" xoruna regent kimi rəhbərlik ediblər. İbadətin sonunda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib
14.09.2026
2

Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib

Bakı və Azərbaycan yepiskopu Aleksiy görkəmli Azərbaycan mütəfəkkiri və alimi Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə (XV əsr) həsr olunmuş I Beynəlxalq elmi-praktik konfransın plenar iclasında iştirak edib. «İslam dünyasının mədəni

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
13.09.2026
4

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün — Pentikost günündən sonrakı 15-ci Rəbb günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi

Gəncəyə arxıpastır səfəri
12.09.2026
8

Gəncəyə arxıpastır səfəri

Bakı və Azərbaycan yepiskopu Aleksiy Gəncə şəhərinə arxipastır səfəri edib. Səfər Müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsinin taxt-tac bayramı münasibətilə baş tutub. Sentyabrın 12-də, müqəddəsin anım

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
52
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
50
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
10.08.2026
44
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...

Xəbərlər