Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Stavropoldan olan zəvvarlar Bakı kilsələrini ziyarət ediblər

Stavropoldan olan zəvvarlar Bakı kilsələrini ziyarət ediblər
Ölkənin xristian ziyarətgahları ilə tanış olmaq üçün Azərbaycana gələn stavropollu zəvvarlar Bakı şəhərinin kilsələrində olublar.  Stavropollular Azərbaycan paytaxtının pravoslav kilsələri ilə tanışlığa Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsindən başlayıblar. Onlar həmçinin kafedral kilsəsində İlahi Liturgiyada iştirak etdilər.  Kafedral kilsəsində keçirilən ibadətə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri və səfərdə zəvvarları müşayiət edən Stavropol yeparxiya dəftərxanasının rəhbəri, iyerey Aleksiy Podkolzin müşayiət ediblər.  Liturgiyanın sonunda yepiskop Aleksiy zəvvarlara salamlama nitqi ilə müraciət edib, onlara Azərbaycanın xristian ziyarətgahları haqqında məlumat verib və ölkə üzrə maraqlı səyahət arzulayıb. 
Qonaqlar Bakı şəhərinin səmavi himayədarı Müqəddəs Həvari Bartalmayın mübarək qalıqları və kafedral kilsəsinin digər qüdsiyyətləri qarşısında dua etmək imkanı əldə ediblər. Stavropollular yeparxiya muzeyinin və arxiyepiskop Aleksandr İşein adına yeparxiya kitabxanasının sərgisi ilə də tanış olublar. 
Sonra zəvvarlar Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu və Ali-Mələk Mikayıl  kilsələrini ziyarət ediblər. Həmin gün qonaqlar Qız Qalasının yaxınlığında kilsə ənənəsinin müqəddəs həvari Bartalmayın  şəhidliyi  ilə əlaqələndirdiyi məkanın yerləşdiyi İçərişəhər (Köhnə Şəhər) tarix-memarlıq qoruğunda olublar. 1936-cı ilə qədər həmin yerdə müqəddəs həvarinin şərəfinə tikilmiş pravoslav ibadətgah var idi. 
Ziyarət səfəri Bakı Yeparxiyasının Zəvvarlıq şöbəsi və Stavropol Yeparxiyasının “Xaç şəhəri” zəvvarlıq xidməti tərəfindən təşkil olunub.


Xəbərlər


Bölmənin digər xəbərləri

Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib
14.09.2026
2

Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib

Bakı və Azərbaycan yepiskopu Aleksiy görkəmli Azərbaycan mütəfəkkiri və alimi Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə (XV əsr) həsr olunmuş I Beynəlxalq elmi-praktik konfransın plenar iclasında iştirak edib. «İslam dünyasının mədəni

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
13.09.2026
4

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün — Pentikost günündən sonrakı 15-ci Rəbb günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi

Gəncəyə arxıpastır səfəri
12.09.2026
8

Gəncəyə arxıpastır səfəri

Bakı və Azərbaycan yepiskopu Aleksiy Gəncə şəhərinə arxipastır səfəri edib. Səfər Müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsinin taxt-tac bayramı münasibətilə baş tutub. Sentyabrın 12-də, müqəddəsin anım

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
52
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
50
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
22.08.2026
43
Yeparxiya xəbərləri

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya

Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...

Xəbərlər