Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Stavropol zəvvarları Azərbaycanın xristian ziyarətgahları ilə tanış olublar

Stavropol zəvvarları Azərbaycanın xristian ziyarətgahları ilə tanış olublar

Oktyabrın 6-dan 10-dək Stavropol yeparxiyasının zəvvarlar qrupu Azərbaycanda səfərdə olub. Zəvvarlar Azərbaycan paytaxtının pravoslav kilsələrində - Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində, Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində, Ali-Mələk Mikayıl kilsəsində oldular, Sumqayıt şəhərinin Müqəddəs Sarovlu Serafim kilsəsində dua etdilər. Udilərin kompakt şəkildə yaşadığı Qəbələ rayonunun Nic kəndində qonaqlar müq. Elişa (“Cotari”) və Allahın Əqdəs Validəsi (“Bulun”) qədim kilsələri gördülər, Alban-Udi xristian icmasının həyatı ilə tanış oldular. 
Azərbaycanın qədim xristian irsi ilə tanışlıq çərçivəsində stavropollular Şəki rayonunun Kiş kəndində Həvari Taddayın şagirdi,  qədim Qafqaz Albaniyası torpağına xristianlığın ilk toxumları gətirən müqəddəs Elişanın vəz etdiyi yerdə tikilmiş kilsə-muzeyində oldular. Zəvvarlar həmçinin Qax rayonunun Qum kəndində V-VI əsrlərə - Qafqaz Albaniyasında xristianlığın çiçəkləndiyi dövrə aid qədim xristian bazilikasını da ziyarət etdilər. 
Stavropol sakinləri Qax şəhəri müq. Georgiy gürcü pravoslav kilsəsini və  müq. Georgiy (Kürmüx) kilsəsini də ziyarət etdilər. 
Zəvvar səfəri Bakı Yeparxiyasının Zəvvarlıq şöbəsi və Stavropol Yeparxiyasının “Xaç şəhəri” zəvvarlıq xidməti tərəfindən təşkil olunub.

 



Xəbərlər


Bölmənin digər xəbərləri

Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib
14.09.2026
2

Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib

Bakı və Azərbaycan yepiskopu Aleksiy görkəmli Azərbaycan mütəfəkkiri və alimi Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə (XV əsr) həsr olunmuş I Beynəlxalq elmi-praktik konfransın plenar iclasında iştirak edib. «İslam dünyasının mədəni

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
13.09.2026
4

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün — Pentikost günündən sonrakı 15-ci Rəbb günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi

Gəncəyə arxıpastır səfəri
12.09.2026
8

Gəncəyə arxıpastır səfəri

Bakı və Azərbaycan yepiskopu Aleksiy Gəncə şəhərinə arxipastır səfəri edib. Səfər Müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsinin taxt-tac bayramı münasibətilə baş tutub. Sentyabrın 12-də, müqəddəsin anım

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
52
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
48
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər
19.07.2026
45
Yeparxiya xəbərləri

Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər

İyulun 19-da Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin uşaq bazar məktəbinin şagirdləri müəllimləri və valideynlərinin müşayiəti ilə Azərbaycanın paytaxtının mərkəzində — İçərişəhərdə yerləşən Tolerantlıq Evini (Muzeyini) ziyarət ...

Xəbərlər