Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Beynəlxalq Muğam Mərkəzində yeparxiya Milad yolkası keçirilib
Beynəlxalq Muğam Mərkəzinin zalında yeparxiyanın "Milad yolkası" bayramı keçirildi. Bayramın bədii tərtibatı və "Gənc oğlanlar və qızlar" yeparxiya teatrının "Milad ərəfəsi" tamaşasının quruluşu Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin bazar günü məktəbinin müəllimi Larisa Kərimova tərəfindən həyata keçirilib.
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin "Qanadlar" bazar günü məktəbinin şagirdləri "Məsihin Miladının İncil hadisələri" adlı kukla tamaşası ilə çıxış etdilər, həmçinin şeirlər və ilahilər oxudular. Tamaşalara müəllimlər Zemfira Zeynalova və Nelli İsrafilova rəhbərlik ediblər, tamaşa üçün kuklaları isə Tatyana Şahvəladova hazırladı. Ali-Mələk Mikayıl kilsəsinin bazar günü məktəbinin şagirdləri məktəbin müəllimi Kristina Əfəndiyevanın rəhbərliyi altında gözəl musiqili-ədəbi kompozisiya hazırladılar. "İstedad nədir?" adlı səhnə miniatürünü və nəğmələri Larisa Kərimovanın rəhbərlik etdiyi Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin bazar günü məktəbinin şagirdləri tamaşaçılara təqdim etdilər. Elen Nağıyevanın rəqs qrupu da şənlikdə iştirak edib.
Bakı və Azərbaycan yepiskopu Aleksiy Muğam Mərkəzinin zalında toplaşanlara Məsihin Miladı münasibətilə təbriklərini çatdırdı. Yepiskop Aleksiy mübarək Milad günlərində tamaşaçılara bayram əhval-ruhiyyəsi bəxş etdiklərinə görə gənc artistlərə təşəkkürünü bildirdi.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
30.08.2026
2Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Allahın Əqdəs Validəsini dəfn edilməsi ayini keçirilib
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Allahın Əqdəs Validəsini dəfn edilməsi ayini keçirilib. Allahın Əqdəs Validəsinin Göylərə Götürülməsi bayramını fərqləndirən bu ayin, Allah Anasının yer
30.08.2026
4Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pentikost bayramından sonra 13-cü Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kilsəsin ruhaniləri müşayiət
29.08.2026
8Avqustun 29-u - İsa Məsihin Əllə Çəkilməmiş Surətinin Edessadan Konstantinopola köçürülməsinin xatirəsi günüdür
Avqustun 29-da Kilsə Rəbbimiz İsa Məsihin Əllə Çəkilməmiş Surətinin Edessadan Konstantinopola köçürülməsinin xatirəsini qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs
Populyar Xəbərlər
13.07.2026
6413 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
57Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
04.07.2026
39Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...