Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Yepiskop Aleksiy İvanovka prixodunda İlahi Liturgiyanı keçirib

Yepiskop Aleksiy İvanovka prixodunda İlahi Liturgiyanı keçirib

Pentikost bayramından sonrakı 31-ci Rəbb günündə, Bakı və Azərbaycan yepiskopu Aleksiy İsmayıllı rayonunun İvanovka kəndindəki Həvari İlahiyyatçı Yəhya prixodunda İlahi Liturgiya keçirib. Arxiyereyi Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin ruhaniləri, iqumen Kirill (Nikitin), protoiyerey Konstantin Pominov və protodiakon Vadim Tokarev müşayiət ediblər. İbadət ilahiləri Nelli İsrafilovanın rəhbərliyi altında kafedral xoru tərəfindən ifa edildi. Liturgiyadan sonra yepiskop Aleksiy ibadətə toplaşan İvanovka kəndinin pravoslav sakinlərinə arxpastır nəsihəti ilə müraciət etdi. Leyla Qurbanovanın rəhbərlik etdiyi bazar məktəbinin şagirdləri xüsusi hazırlanmış Milad mövzusunda şeirlər və nəğmələrlə çıxış etdilər.



Xəbərlər