Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Xilaskar Məsih kafedral kilsəsində müxtəlif türk dillərində İlahi Liturgiya keçirilib
Moskva şəhərinin Xilaskar Məsih kafedral kilsəsinin Rəbbin Surətinin Dəyişilməsi kilsəsində müxtəlif türk və kilsə-slavyan dillərində İlahi Liturgiya keçirilib. Bu ibadətin keçirilməsi təşəbbüsü ilə patriarx arrxidiakonu Konstantin Barqan çıxış etmişdir. İbadətə Salavat və Kamertau yepiskopu Nikolay başçılıq edib.Liturgiyada Rusiya, Azərbaycan və Qazaxıstandakı Rus Pravoslav Kilsəsinin müxtəlif yeparxiyalarından ruhanilər iştirak ediblər. Bakı Yeparxiyasını Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov təmsil edib. Bakı və Azərbaycan yepiskopu Aleksiy Liturgiya zamanı qurbangahda dua edib.
Dualar azərbaycan, qaqauz, başqırd, tatar, qazax, çuvaş, qədim türk və digər türk dillərində oxundu. Azərbaycan dilində yalvarış yekteniyası və "Atamız" duaları səsləndi. İbadət ilahiləri Xilaskar Məsih kafedral kilsəsinin Rəbbin Surətinin Dəyişilməsi kilsəsi xorları, Moskva Seminariyası və Moskvanın Tatar Pravoslav İcması tərəfindən ifa edildi. Kilsədə pravoslav azərbaycanlılar və XXXIV Beynəlxalq Milad Təhsil Oxumalarında iştirak etmək üçün Moskvaya gələn Bakı Yeparxiyası nümayəndə heyətinin üzvləri dua ediblər.
Xəbərlər
Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
09.08.2026
2Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pentikost bayramından sonra 10-cü Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kilsəsin ruhaniləri müşayiət
04.08.2026
4Avqustun 4-ü - həvarilərə-bərabər Məcdəli Məryəmin xatirəsi günüdür
Müqəddəs həvarilərə-bərabər Məcdəli Məryəmin xatirəsi günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyaya başçılıq edib. Arxiyereyi kafedral
01.08.2026
10Sumqayıt şəhəri Müqəddəs Sarovlu Serafim kilsəsində taxt-tac bayramı qeyd olunub
Avqustun 1-i Kilsə Sarovlu Müqəddəs Serafimin xatirəsini anır. Həmin gün Sumqayıt şəhəri Sarovlu Müqəddəs Serafim kilsəsi özünün taxt-tac bayramını qeyd etdi. İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy
Populyar Xəbərlər
13.06.2026
4613 iyun – yepiskop Aleksinin arxiyerey xirotoniyasının günü
İyunun 13-də Bakı və Azərbaycan yepiskopu Aleksiy həzrətləri arxiyerey xirotoniyasının ikinci ildönümünü qeyd edir. Bu əlamətdar gündə Aleksiy həzrətləri, yeparxiya ruhanilərinin müşayiətilə Bakı şəhəri Müqəddəs ...
16.06.2026
46Yepiskop Aleksiy Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə keçirilən görüşdə iştirak edib
Bakı Tolerantlıq Evində Azərbaycanın dini liderlərinin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşü keçirilib. Görüş iştirakçıları ...
13.06.2026
44Yepiskop Aleksiy Azərbaycan Kazakları Birliyinin atamanı ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Azərbaycan Kazakları Birliyinin atamanı Yuri Çigiryov arasında görüş keçirilib. Görüş zamanı kazaklar üçün ...





