Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakı və Azərbaycan yepiskopu Aleksinin Pasxa müraciəti
Bakı və Azərbaycan yepiskopu
ALEKSİNİN
Azərbaycan Respublikasında
Rus Pravoslav Kilsəsinin
ruhanilərinə, imanlılarına
və bütün sadiq övladlarına
PASXA MÜRACİƏTİ
«İndi hər şey nurla dolmuşdur:
göylər də, yer də, yeraltı aləm də;
qoy bütün məxluqat bayram etsin
Məsihin dirilməsini,
çünki Onda möhkəmlənir»
(Pasxa Kanonunun üçüncü nəğməsinin troparı)
Məsih dirildi!
Artıq iki min ildir ki, Məsihin Nurlu Dirilişi günlərində bu pasxa sevincinin əbədi sözləri bütün dünyada səslənməkdədir. Şeytanın əsarətində əzab çəkən bəşəriyyət günah və ölümün zəncirlərindən gerçək azadlıq bəxş edə biləcək öz həqiqi Padşahını gözləyirdi. Və budur, Yaradanın Özü cəhənnəmin dərinliklərinə enir ki, Öz yaratdığını azad etsin və onu Səmaya yüksəltsin.
Pasxa təbrikinin bu sözləri müəyyən mənada insanın mənəvi halının aynasıdır və ikitərəfli qılınc kimi onlar bütün bəşəriyyəti Pasxa sirrində iştirak edənlərə və hələ bu sirrə qovuşmağı gözləyənlərə ayırır. Bu sadə, sözlər insan qəlbində baş verənləri üzə çıxarır. Onlara laqeyd qalmaq mümkün deyil. Bəzi qəlblərdə onlar canlı iman sədası doğurur, digərlərində isə Dirilmiş Məhəbbətin təcrübəsindən məhrum bir boşluğu aşkara çıxarır. Lakin həm birincilər, həm də ikincilər Rəbbin Pasxa bayramında Səmavi Atanın sakit və nurani işığı ilə işıqlanır; O, hər bir insanı Öz əbədi Padşahlığına dəvət edir.
Oruc və tövbə ilə qəlbin təmizlənməsi yolunu keçərək, biz özümüzü Pasxa sirrini dərk etməyə və onu qəlbən hiss etməyə hazırlaşdırırdıq. Bu sirr Məsihin Dirilməsindən bəri bütün kainatın əsasında dayanır. Rəbbin Pasxası – Xilaskarın qəbirdə üç gün qalması ilə Kilsənin təməlinə qoyulmuş mayadır. Rəbbimiz İsa Məsihin Göylərə yüksəlişindən sonra isə biz o anın intizarı ilə yaşayırıq ki, «hamısı mayalansın» (Matta 13, 33), bizə açılmış ümumi dirilişin şəfəqi İlahi nurla dolu, sönməz və əbədi günə çevrilsin. Bu intizar qəlblərimizdə Rəblə görüş sevincini doğurur. Lakin bu görüşə layiq olmaq üçün biz də, xəmirin qalxdığı kimi, böyüməliyik. Ruhumuzu onu əsir edən günahlardan təmizləməliyik ki, Allahın hüzuruna öz bənzərsiz varlığımızın saf və yenilənmiş surəti ilə çıxaq.
Sürətlə dəyişən müasir dünyamızda, insanın möhkəm dayaq tapa bilmədiyi bir zamanda, Rəbbin Pasxası həyatımıza həqiqi məna verən sarsılmaz təmələ çevrilir. O, ölümün faciəviliyini aradan qaldırır və bizə dirilmə, eləcə də sevdiklərimizlə yenidən görüş ümidi bəxş edir.
Qoy Məsihin Dirilməsinin sevinci qəlblərimizi isitsin və onlarda sönməz iman alovunu alışdırsın! Qoy pasxa nuru bizi «sarsılmaz Padşahlığa» (İbranilərə 12, 28) aparan yolu işıqlandırsın! Qoy pasxa təbrikinə qəlbimiz hər zaman şövq ilə cavab versin:
Məsih Həqiqətən dirildi!
Amin.
Aleksiy,
Bakı və Azərbaycan yepiskopu
Pasxa, 2026 il
Bakı şəhəri
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
12.08.2026
2Oleq Voskresenskiy ABŞ-da Pravoslav Kilsəsi və missionerlik mövzusunda mühazirə ilə çıxış edib
Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində tanınmış pravoslav missioneri Oleq Voskresenskinin «ABŞ-da müasir Pravoslav Kilsəsi və missionerlik fəaliyyəti» mövzusunda mühazirəsi keçirilib. Tədbiri Bakı və Azərbaycan
10.08.2026
11Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib.
10.08.2026
9Avqustun 10-da Kilsə Allahın Əqdəs Validəsinin Smolensk ikonasının xatirəsini qeyd edir
Avqustun 10-da Kilsə Allahın Əqdəs Validəsinin Smolensk ikonasının xatirəsini qeyd edir. “Odigitria”, yəni “Yolgöstərən” adlandırılan Smolensk ikonası, Kilsə rəvayətinə görə, Müqəddəs Məryəmin yer
Populyar Xəbərlər
16.06.2026
55Yepiskop Aleksiy Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə keçirilən görüşdə iştirak edib
Bakı Tolerantlıq Evində Azərbaycanın dini liderlərinin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşü keçirilib. Görüş iştirakçıları ...
19.06.2026
42Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin iqamətgahında qəbul təşkil olunub
Azərbaycanda rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin ...
13.07.2026
4013 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...