Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakıda Pasxa bayramı
Azərbaycanın pravoslav icması Məsihin Nurlu Dirilməsi bayramını qeyd edir. Pasxa günü, Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən təntənəli ibadətlərə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri müşayiət ediblər
Bayram ibadətində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri D. L. Pineviç, Azərbaycan Rus İcmasının rəhbəri vəzifəsini icra edən D. V. Anisimov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, imanlılar və paytaxt sakinləri iştirak ediblər. İbadət zamanı liturgiya nəğmələrini Azərbaycanın əməkdar artisti Vaqif Məstanovun rəhbərliyi ilə arxiyerey xoru və Nelli İsrafilovanın rəhbərliyi ilə kafedral kilsənin xoru ifa edib.
İbadət zamanı Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin Rus Pravoslav Kilsəsinin arxiyereylərinə, keşişlərinə, diakonlarına, rahiblərinə və bütün imanlı övladlarına ünvanladığı Pasxa müraciəti, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pasxa bayramı münasibətilə təbrik məktubu oxunub.
İbadətin sonunda yepiskop Aleksiy imanlıları Pasxa bayramı münasibətilə təbrik edib.
Xəbərlər