Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakının kafedral kilsəsində taxt-tac bayramı keçirilib
Pasxadan sonrakı üçüncü Rəbb günündə Kilsə Müqəddəs Mürr-Daşıyan Zənənlərin xatirəsini yad edir. Mürr-Daşıyan Zənənlər Xilaskarın məzarına ilk gələnlər olaraq Məsihin Dirilməsi müjdəsini eşidən ilk şahidlər olmuşlar. Kilsə taxt-tacı bayramı münasibətilə Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində təntənəli ibadətlər keçirildi.
Bakı yeparxiyasının baş kilsəsi 1909-cu ildə memar F. M. Verjbitskinin hərbi kilsələr üçün hazırladığı tipik layihə əsasında, həmin dövrdə Bakıda yerləşdirilmiş 262-ci Salyan piyada alayının ehtiyacları üçün inşa edilmişdir. Sovet dövründə kilsə ilk bağlananlardan biri olmuş və 1920-ci ildə fəaliyyətini dayandırmışdır. 1991-ci ildə kilsə Rus Pravoslav Kilsəsinə qaytarılmış, bərpa olunmuş və 2001-ci ildə Moskva və bütün Rusiyanın Patriarxı II Aleksiy tərəfindən təqdis edilmişdir. Kilsəyə Bakı yeparxiyasının kafedral kilsəsi statusu verilmişdir.
Kilsənin taxt-tac bayramı günündə keçirilən bayram ibadətinə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq etmişdir. İlahi Liturgiya zamanı arxiyereyi Bakı şəhəri kilsələrinin baş keşişləri və kafedralın ruhaniləri müşayiət etmişdir. İbadətin başlanmasından əvvəl yepiskop Aleksiy Pavel Məhərrəmovu oxucu xidmətinə təyin etdi.
Liturgiyadan sonra kilsə ətrafında xaç duni yürüşü keçirilmiş, yürüşün sonunda yepiskop Aleksiy toplaşanlara arxipastır nəsihəti ilə müraciət etmişdir. İbadətdə iştirak edənlər üçün kilsənin həyətində bayram süfrəsi təşkil olunmuşdur.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
16.08.2026
2İvanovkalı pravoslavlar Lənkəran kilsəsini ziyarət ediblər
İvanovka kəndindəki Həvari və Müjdəçi Müqəddəs Yəhya kilsəsinin icma üzvləri Azərbaycanın ən cənubunda yerləşən kilsəni — Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət ediblər. İlahi
16.08.2026
2Yepiskop Aleksiy Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində aparılan abadlıq işləri ilə tanış olub
Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində aparılan abadlıq işlərinin gedişi ilə tanış olub. Son iki il ərzində kilsənin baş keşişi protoiyerey Aleksandr Novikovun səyləri nəticəsində həm
16.08.2026
5Yepiskop Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 11-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri
Populyar Xəbərlər
13.07.2026
4913 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
40Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
20.06.2026
35Pravoslav gənclər Lənkərandakı Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət ediblər
Bakı Yeparxiyasının zəvvarlıq şöbəsinin təşkilatçılığı ilə pravoslav gənclər üçün yeparxiyanın ən cənub prixodu olan Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsinə səfər təşkil olunub. ...